Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir neft şirkəti Azərbaycanda filial açıb

 

"Archer" beynəlxalq neft şirkəti Azərbaycanda filial açıb. 

"Xeberinfo.com":   Məlumata  görə, filial avqust ayında "Archer Well Company International Ltd." adı ilə qeydiyyatdan keçib.

Filial Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsi,90A ünvanında fəaliyyət göstərəcək. Filialın qanuni təmsilçisi Norveç vətəndaşı İdsoe Hugo adlı şəxsdir.

Qeyd edək ki, "Archer" qlobal neft servisi şirkətidir. Şirkət 40 illik təcrübəyə malikdir və dünyanın 100-dən artıq ərazisində fəaliyyət göstərir. Şirkətin fəaliyyət sahəsinə qazma xidmətləri, hasilatın optimallaşdırılması, quyuların təhlükəsizliyi üzrə xidmətlərin və məhsulların təmin edilməsi daxildir.

Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın "SOCAR-AQS" MMC "Nobel Oil Services" və "Archer Assets UK Ltd." şirkətləri ilə "Oguz Drilling" birgə şirkəti yaradıb. Yeni birgə müəssisə qazma avadanlıqlarının layihələndirilməsi və modifikasiyası, habelə qazma işləri ilə əlaqəsi olan digər xidmətlər də daxil olmaqla, dənizdə stasionar platformalarda qazma işləri üzrə xidmətlər təqdim edəcək.

Məlumata görə, “Oguz Drilling” birgə müəssisəsi beynəlxalq qazma sənayesinin standartlarına uyğun şəkildə azərbaycanlı heyətin təlimi və inkişafı ilə məşğul olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam