Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qazax Dövlət Sosial-İqtisadi Kollecində müthiş saxtakarlıq-İDDİA

 

 

 Qazax Dövlət Sosial-İqtisadi Kollecinin sabiq tədris işləri üzrə direktor müavini Nicat Göyüşov facebook profilində Kollecdəki özbaşınalıqlar barədə açıqlama yayıb.

Yenixeber.org: Qeyd olunan ciddi qanun pozuntusunu  olduğu kimi təqdim edirik. Nicat Göyüşov bildirir ki,”Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində işlədiyim vaxt tədris işləri üzrə direktor müavininin təsdiqləməli olduğu bütün fənn jurnallarını öz imzamla təsdiqlədim və mümkün dəyişmə hallarının qarşısını almaq məqsədilə jurnal vərəqlərinin hər birinə tədris hissəsinin möhürü vuruldu. Yəni, artıq kimsə gizlincə jurnalı dəyişə bilməzdi. Deməli həmin vaxtlar, yəni 2017/2018-ci tədris ilində əvvəlki ab-havanın olacağını düşünən tələbələrin bir qismi dərsə ümumiyyətlə gəlmirdi. Buna görə də tez bir zamanda davamiyyətə görə verilən limiti aşdılar və imtahan sessiyası zamanı heç bir fəndən imtahana buraxılmadılar. Təkcə həmin sessiyada ən azı 4-5 fəndən kəsləri yarandı. Bunların içərisində sonuncu kursda təhsil alanlar da vardı. İndi aldığım məlumata görə, həmin tələbələr imtahanlarda əziyyət çəkərək bal toplayan qrup yoldaşları ilə birgə diplom alıblar. Bəs necə olub ki, onlar bu qədər kəsri qısa zamanda bağlaya biliblər? Axı onlar heç imtahana buraxılmırdı, qiyməti necə alıblar? Bunun üçün onlar alt və ya şərti qruplarda kəsildildikləri fənləri dinləməli, kredit toplamalı idilər, amma belə bir hal olmayıb. Olsaydı belə, həmin tələbələrin əksəriyyəti vaxtında diplom ala bilməzdi, ən azı bir il geri düşərdi. Bəs onların vaxtında diplom alması necə mümkün olub? Həmin tələbələrə yazığı gəlmiş olmalıdır ki, direktor dərsə gəlməyən və limiti keçdiyi üçün imtahana buraxılmayıb, kəsrə qalan bu gənclərdən ötrü jurnalın dəyişdirilməsinə imkan yaradıb. Sonra da birbaşa qiymətləri yazılıb və adları diplom alanların siyahısına salınıb. Hələ bir az da irəli gedərək dəyişdirilən jurnallara mənim imzamın eynisini çəkiblər. Axı jurnal dəyişsə də, o vaxtın tədris işləri üzrə direktor müavininin imzası ilə təsdiqlənməlidir. Bax, nə qanunsuzluq edirsiniz özünüz və aidiyyatı orqanları bilər, yaxşı, imzamın eynisini dəyişdirdiyiniz jurnala çəkərək məni niyə çirkin işlərinizə ortaq etməyə çalışırsınız? Bu Təhsil Nazirliyini aldadaraq SAXTA diplom verilməsi deməkdir və jurnal dövlət sənədi olduğu üçün onun belə dəyişdirilməsi ciddi qanunsuzluqdur. Ona görə də, aidiyyatı orqanlardan şahidlərdən aldığım bu məlumatın doğru olub-olmadığının araşdırılması və təsdiqini taparsa, qanuni addım atılması üçün köməklik göstərmələrini xahiş edirəm. Onu da deyim ki, həmin imtahan sessiyasında imtahan cədvəllərinin (vedemostların) sürətini çıxardığım üçün hansı tələbələrin davamiyyət limitini aşdığına görə bütün fənlərdən imtahana buraxılmadığının siyahısı məndə də var, araşdırma başladılarsa, ehtiyac yaranarsa, təqdim edə bilərəm”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam