Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Müəllimlərin distant təhsilə qoşulması məcburidir? - Rəsmi AÇIQLAMA

“Tərəzinin gözünə sağlamlıq və rifah qoyulduğu halda dərslərin başlanmasını sual etmək, məncə, düzgün deyil”.

Yenixeber.org: Bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu CBC telekanalının efirində qonaq olan zaman deyib. O bildirib ki, situasiya hər gün dəyişdiyinə görə, bu qərarın nə vaxt veriləcəyini demək olmaz: “Bu gün əsas olan xalqın sağlamlığıdır”.

Şöbə müdiri çıxışında onu da qeyd edib ki, hazırda bütün müəllimlərdən distant təhsilə qoşulmağı tələb etmək mümkün deyil: “Çünki elə müəllimlərimiz var ki, bu proqramlarda işləyə bilmirlər, kimdəsə texniki vasitələr yoxdu və ya internet bağlantısı zəifdir. Bizdən asılı olmayan bu obyektiv səbəbləri nəzərə alaraq bunu bir əmr kimi qiymətləndirmək düzgün olmaz.

Bundan başqa, eyni sinifdə bütün şagirdlərin də internetə çıxış imkanı yoxdur. Bu səbəbdən də hazırda ən optimal və əlçatımlı variant teledərs layihəsidir.

Beləliklə, heç kim kənarda qalmır. Biz başa düşürük ki, teledərslərdə interaktivlik yox dərəcəsindədir. Öyrənmənin bu ən vacib hissəsi heyf ki, teledərslərdə yoxdur. Bunu nəzərə alaraq nazirlik virtual məktəb layihəsinə başlayıb”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam