Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Müəllimlərdən 5 manatdan pul yığılır - Neftçalada

 

İcra başçısının müavininin ideyası, Təhsil Şöbəsinin müdirini təlimatı əsasında pul yığımına «patent» adı qoyulub 

Xeberinfo.com:  Neftçala rayonundakı bütün orta məktəblərin müəllimlərindən 5 manatdan patent pulu yığılır. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib. 
Məlumatda deyilir ki, bu patentin hansı məqsədlə yığıldığı bəlli deyil. Neftçala Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun tələbi əsasında həyata keçirilən proseslə bağlı hər hansı bir açıqlama da verilmir. Müəllimlər deyirlər ki, proses məcburi xarakter daşıyır, etiraz etmək mümkünsüzdür. Çünki ortada təhdid var. Belə ki, Neftçala Təhsil Şöbəsinin müdiri bildirib ki, əgər hər hansı bir müəllim patenti verməsə, ona dərs yoxdur. Yəni, həmin pulu ödəməyən şəxs qarşıdakı tədris ilində ya dərs saatlarından məhrum olacaq, ya da həmin saatların bir qismi başqalarına veriləcək.
Dəqiqləşdirmələr zamanı məlum olub ki, pulun yığılması barədə təlimat Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov tərəfindən verilsə də, «ideya müəllifi» icra başçısının müavini, eyni zaman rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Gültəkin Sadıqovadır. 
Məlumata görə, rayon təhsilini və səhiyyəsini tam nəzarətinə almış Gültəkin Sadıqova onlara hökm edən tək şəxsdir. Onun sözündən çıxmaq isə olmaz. Ona görə ki, birbaşa icra başçısı İsmayıl Vəliyevə onun sözünə baxılmaması barədə xəbəri verir və ortalıq qarışır. Belə vəziyyətlərlə üzləşməmək üçün həm Təhsil, həm də Səhiyyə şöbəsinin rəhbərləri onun dediklərinə sözsüz əməl etməli olurlar. 
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam