Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qax Uşaq Gənclər və İdman məktəbinin direktoru həbs oluna bilər –ciddi korrupsiya faktları və dövlətə xəyanət

  

Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir.

Yenixeber.org: Bu tədbirlərin davamı kimi digər rayon və şəhərlərdə də qanunları pozan və korrupsiyaya bulaşmış yerli məmurlar barədə ciddi tədbirlərin görülməsi nəzərdə tutulur. Qax rayonunda da yerli əhalinin dövlətə etimadını sarsıtmağa çalışan, rüşvət və korrupsiya çirkabına bulaşmış bir sıra məmurlar var ki, onlar barəsində redaksiyamıza mütəmadi məlumatlar daxil olmaqdadır. Onlardan biri də Qax Uşaq Gənclər və İdman məktəbinin direktoru Mustafa Xasıyevdir.

Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Qax Uşaq Gənclər və İdman məktəbinin direktoru Mustafa Xasıyev rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramova arxalanaraq, rəhbərlik etdiyi müəssisədə korrupsiya ilə məşğuldur. İlk növbədə onu qeyd edək ki, Mustafa Xasıyev öz işçilərinin qanuni əmək haqqı kartlarını özündə saxlayır və bu hal illərdir ki, davam etməkdədir. Qax Uşaq Gənclər və İdman məktəbinin balansında göstərilən əməkdaşların sayı qat-qat şişirdilib və reallıqda idman məktəbində daha az əməkdaş çalışır.

Mustafa Xasıyev dövlət durumlarını aldadaraq, yaxın qohumlarını kağız üzərində işə götürür və onların adına verilən maaş kartlarını öz şəxsi kabinetindəki seyfdə saxlayır. Bundan başqa, Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramovala cinayət əlaqəsinə girərək, mütəmadi idman yarışları və olimpiadalar keçirmək adıyla rayon üçün ayrılmış büdcədən külli miqdarda vəsaitlər silinir.

Redaksiyamıza daxil olan digər məlumat isə Mustafa Xasıyevin Azərbaycan əleyhinə mütəmadi iş aparan terrorçu qruplaşmalarla əlaqələrinin olmasıdır. Saytımızın elektron poçtuna daxil olan məlumatda iddia edilir ki, Mustafa Xasıyev öz muavini, milliyyətcə etnik yəhudi və həyat yoldaşı etnik ləzgi olan İlqar İsakovun vasitəçiliyi ilə Dağıstanda “SADVAL” cəmiyyətinə mütəmadi maliyyə yardımları etməkdədir.

Azərbaycana qarşı ərazi iddiaları irəli sürən və ölkəmizdə terror təşkilatı kimi təsdiq edilən SADVAL təşkilatının nümayəndələrini bir-neçə dəfə Qaxa dəvət edən Mustafa Xasıyev onların günlərlə İlisudakı El Resort Hotelində qalmasını təşkil edib və onların Qaxda istirahət etməsi xərclərini öz üzərinə götürüb.(qax.org.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam