Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Masallı rayonu 2020-ci ilin“Gənclər paytaxtı” seçilib

 

Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb.

Yenixeber.org: Bu barədə saytımıza Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edib. Bu ilki səsvermə iki region Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə, Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb.

Qeyd edək ki, 2012-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Paytaxtı” internet müsabiqəsi davam edir. Bu layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Bu il də istisna olmamış və 24 yanvar 2020-cu il tarixindən start götürmüş müsabiqə 30 yanvar 2020-cu ildə sona çatıb.

Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3602395 nəfər daxil olub ki, onlardan da 90 849 nəfəri bu ilin payına düşür.

Hər il Gənclər Paytaxtının adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi olaraq açıqlanır və paytaxtın "Rəmzi açarı" şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam