Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baş nazir : qohumlarla nikahın mənfi nəticəsi barədə...

Baş nazir qohumlarla nikahın mənfi nəticəsi barədə maarifləndirmə qaydasını hazırlamağı tapşırıb 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydasını hazırlamaq tapşırılıb.

Yenixeber.org:  Baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam verib.

Sərəncama əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli qanuna əsasən, gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam