Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Böyük maraqla gözlənilən suallar nə vaxt cavab tapacaq? - Siyahı

Böyük maraqla gözlənilən suallar nə vaxt cavab tapacaq? -  Siyahı

“2020-ci ilə bir neçə həftədir daxil olsaq da, bizi yaxın aylarda ciddi proseslər gözləyir ki, bunlar barədə hələdə rəsmi məlumat yoxdur”.

Yenixeber.org: Bunu təhsil eksperti Kamran Əsədov deyib. O, Azərbaycanda təhsil sahəsində hansı proseslərin gözlənildiyini belə izah edib:

“1. Ali təhsil müəssisələrin bakalavr pilləsinə qəbul imtahanları, imtahanların keçirilmə vaxtı, formatı və fənlər üzrə proqram.

2. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul, imtahanın vaxtı, formatı, proqramı

3. Ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürülməsi, bu prosesdə subbakavrların iştirak forması.

3. Birinci sinifə şagirdlərin qəbulu: vaxtı və formatı. Rus bölməsi üzrə müsahibə.

4. Müəllimlərin işə qəbul və yerdəyişməsi. Bu prosesin vaxtı və proqramı

5. Müəllimlərin sertifkasiyası. Vaxtı, formatı, proqramı.

6. Buraxılış imtahanlarının vaxtı və formatı

7. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtı və formatı.

8. Ali təhsil müəssisələrinin nəzdində hazırlıq qrupları 3 ildir ki, yaradılmır. Bu olacaqmı? Vaxtı və formatı necə olacaq?

9. Subbakalavrların müsabiqədən kənar ali məktəblərə qəbul qaydası, əvvəlki illərdə məzun olanlarla şamil olunma və ixtisas təsnifatı.

10. Orta məktəblərdə çalışan və indiyə qədər Diaqnostik İmtahanda iştirak etməyənlərin diaqnostik qiymətləndirmə cəlb olunması.

11. 2020-ci ildə bakalavr və magistr pilləsi üzrə yeni ixtisas təsnifatı. Hansı ixtisaslar üzrə qəbul həyata keçiriləcək.

Təhsil uzunmüddətli, vahid formanı özündə əks etdirən bir prosesdir. Amma təəssüflər olsun ki, bizdə azı ildə bir dəfə dəyişildiyi üçün, hər il yeni qaydada həyata keçirildiyi üçün öncədən proqnozlaşdırma mümkün deyil.

Yaxşı olar ki, uzunmüddətli perspektivdə planlaşdırılmış imtahan qaydaları müəyyən edilsin və insanlar hər il yeni bir qaydanı görüb narahat olmasınlar.

İnkişaf etmiş ölkələrdə təhsilin bütün pillələri və istiqamətləri üzrə uzun müddətli qaydalar müəyyən olunur ki, yalnız on illər ərzində kiçik redaktə xarakterli dəyişikliklər və düzəlişlər edilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam