Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar-yeni qərar

 

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar

Kollec məzunlarının ali məktəblərə imtahansız qəbulu ilə bağlı qərar 2019-2020-ci il qəbul prosesində tətbiq olunacaq.

Yenixeber.org: Məlumata görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni qərar orta ixtisas təhsili müəssisələrinə bakalavr qəbulu təhsil haqqında qanuna uyğunlaşdırılıb:

"Bu qərar təhsildə fasiləsizliyi təmin etmək məqsədi üçün qəbul edilib. Kolleclərdə məzunlar ali məktəblərə imtahansız qəbul olacaqlar. Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Bu, Dövlət İmtahan Mərkəzi ilə nazirlik arasında razılşadırmaqla həyata keçiriləcək. Əvvəlki imtahanların da məzunları bu qərardan yararlanacaq".

Şöbə müdiri qeyd edib ki, qaydalara görə, müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək:

"Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək".

Daha sonra ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam