Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qəbul imtahanının qiyməti artırıla bilər? - DİM sədrindən açıqlama

 
"Azərbaycanda qəbul imtahanlarının qiymətlərinin artırılması məsələsini hələki müzakirə etmirik"

Yenixeber.org: Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. DİM rəhbəri deyib ki, imtahanların yüksək keyfiyyətini, yeni çağırışlara cavab verməsini təmin etmək üçün ödəniş olmalıdır. Amma bu ödənişi hökumət, sifarişçi öz üzərinə götürür.
"Elə sifarişçilər var ki, namizədlərin bütün pulunu ödəyir. Amma elə sifarişçilər də var, deyir ki, namizəd özü ödəməlidir. Bu, bizdən asılı məsələ deyil, qanunvericiliklə tənzimlənir. Bizə əsas odur ki, sifarişçi qərar versin, ya namizəd ödəsin, ya da özü. Keçən ildən imtahanlarda dinləmə-anlama bacarıqlarını yoxlamaq üçün müəyyən qurğular tələb olunur, təhlükəsizliklə əlaqədar müəyyən yeniliklər tətbiq edilir, qəbul qaydaları ilə bağlı müəyyən dəyişikliklər edildi və s. Bütün bunların təşkili üçün müəyyən məbləğ xərclənir".

M.Abbaszadə qeyd edib ki, namizədlər də imtahanların keyfiyyətli, ədalətli keçirilməsinə, təhlükəsizliyin təmin olsunmasına, ekspertizanın vaxtında aparılmasında maraqlıdır.

"Bütün bunların hamısı pul tələb edir. Özbəkistandan gələn nümayəndələr bizim işimizlə tanış oldular. Özbəkistanda da hökumət tərəfindən namizəd üçün qəbul imtahanına yalnız bir dəfə ödəniş edilir. Sonra qəbul olmursa, gələn illər özü ödəyir. Bizdə də elədir. Amma bizdə yalnız həmin ilin məzunu deyil, 50 yaşında kimsə birinci dəfə imtahana gedirsə, onun imtahan xərcini dövlət öz üzərinə götürür. Özbəkistanda imtahan qiyməti minimal əmək haqqının yarısna bərabərdir və 1 milyon da abituriyent var. Bizdə isə belə deyil”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam