Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İmtahanlarda ciddi dəyişikliklər olacaq- Məleykə Abbaszadə AÇIQLADI

İmtahanlarda ciddi dəyişikliklər olacaq - Məleykə Abbaszadə AÇIQLADI

"Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq".

Yenixeber.org: Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı deyib:

"2018-ci ilin 10 ayı ərzində 641 min 517 iştirakçı imtahanda olub. 18603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48309 nəfər ictimaiyyət nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirmək üçün cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların həyata keçirilməsinə öz töhfələrini verirlər”.

M.Abbaszadənin sözlərinə görə, beynəlxalq qiymətləndirmələrin nəticələri və orada istifadə edilən alətlər öyrənilir. O bildirib ki, bunun edilməsinə səbəb istifadəçilərə verilən sualların müasir dövrə uyğun olması ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam