Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

20 Yanvar faciəsinin səbəbkarı “tapıldı”-Qərəz və həqiqət

 

 

Sən demə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva rus və erməni kəşfiyyatı ilə əlaqəyə girib, rus tankının üstündə Bakıya girərək, 20 Yanvar qırğınını törədib və Qarabağın işğalına şərait yaradıbmış

 

Yenixeber.org: Gözünüz aydın olsun, a millət! Nəhayət, 20 Yanvar qırğınının və Qarabağın işğalının əsl səbəbkarı tapıldı. Sən demə, bütün bu faiciələrin baiskarı Bakı Slavyan Universitetinin (BSU) rektoru professor Nurlana Əliyeva imiş. Belə məlum olur ki, Nurlana xanım, o vaxtlar rus və erməni kəşviyyatı ilə birgə işləyərək, 1990-cı ilin 20 yanvarında rus qoşunlarının  Bakıya yeridilməsini təşkil edib. Özünü də tankın üstündə oturub, qırğını seyr etməsini gözü ilə görənlər də var. Axır ki, 30 ildən sonra olsa da, cinayətkar tapıldı. Mən təklif edirəm ki, güllələnmə, asılma bərpa edilsin və Nurlana xanım əvvəlcə güllələnsin, sonra asılsın. Bundan sonra bütün problemlərdən dərhal azad olacağıq. Qarabağ geri qayıdacaq, banka olan  borclarımız da bağlanacaq...

Yaxşı, mənim bir xanıma qarşı bu qədər cəllad olmağımın səbəbi nədir? Həə... indi keçək mətləbə. Əvvəla, mənim yox, demək olar əksər jurnalistlərin, saytların, internet televiziyalarının bir azərbaycanlı, ziyalı, adındakı nuru üzündə olan Nurlana xanıma qarşı bu qədər cəlladlıq etməklərinin səbəbi məlum deyil. Amma bir rus ictimai-siyasi xadimi Yergeni Primakova  həsr edilən və rus səfirliyinin təşkil etdiyi esse yazı müsabiqəsinə görə qələmlərini qılınca, klaviaturaların düymələrini raket qurğularının düyməsinə, mikrafonlarını topa çevirib, ahıl ağbirçək yaşında olan bir xanıma bu qədər hücum etməklərini heç cür başa düşə bilmirəm. Sanki Nurlana xanım nəinki 20 yanvar qırğının baiskarı, hətta qələmini süngü edib hücuma keçən bu jurnalistlərin maddi çətinlik üzündən çabalamaqlarının da səbəbkarı imiş.

Ay həmkarlarım, ay dostlar, nə olub, nə xəbərdi? Ən azından KİV haqqında qanuna əməl edib, heç əks  tərəfin mövqeyini öyrənməyə cəhd etdinizmi? Rus Səfirliyinin BSU-dakı xarici tələbələr arasında Yergeni Primakovun 90 illiyinə həsr olunmuş esse yazı müsabiqəsi barədə informasiya çıxan kimi, universitetin Mətbuat Xidməti dərhal açıqlama yaydı və məsələ məlum oldu. Özü də, nə sirdirsə ( yəqin o da açılacaq), Oktyabrın 15- də olmuş əhvalat Oktyabrın 30- da mətbuata sızdırılır. Bu yerdə ustad şair M.Arazın bir şeirindəm bir misra yada düşür:

Gəlir qulağıma bir səs dərindən,

Qoru sən özünü həndəvərindən.

Bəs görəsən, bu jurnalistlərdə Nurlana xanıma qarşı bu qədər kin-küdurət, nifrət haradandır ki, açıqlamada Primakova  həsr edilmiş sərginin olmadığı, adı çəkilən 3 deputatın ümumiyyətlə bu müsabiqədən xəbərsiz olduğu bildirilsə də, kor tutduğunu buraxmayan kimi saytlar, qəzetlər, hətta bəzi QHT-lər, ekspertlər, hətta bəzi deputatlar belə BSU-da Primakova  həsr olunan sərginin dərhal yığışdırılmasını tələb edirdilər. Əvvəla, olmayan bir sərginin yığışdırlmasının tələb edilməsi, kölgəni qılınclamaq deyilmi? Eyni zamanda ayıb deyilmi? İkincisi isə, hər bir tələbənin əlində ən azı iki mobil telefon olduğunu nəzərə alıb soruşuruq: Bəs niyə bu sərgidən bircə epizod çəkilib, sübut kimi sosial şəbəkədə yayılmadı? Deməli, bu məkrli qüvvələrin düşünülmüş planı idi. Sadəcə məqsəd kimlərinsə sifarişini yerinə yetirərək, hay-küy salıb,  Nurlana xanımın adına zərər gətirmək idi.

Mən vətənpərvərlik damarı tutan,  ziyalı bir xanımı aşağılanmağa cəhd edən  jurnalistlərdən və sosial şəbəkədə Nurlana xanımı top atəşinə tutanlardan  soruşuram: Sizlərin neçəsi Qarabağ döyüşlərində iştirak edib və ya neçəsi hərbi xidmətdə olub?

Şəxsən mən bir qadına qarşı belə haqsız hücumları heç cür qəbul edə bilmirəm. Nurlana xanım mənim heç nəyimdir. Yalnız tədbirlərdə görmüşəm. Özüm də 1992-93-cü illərdə könüllü olaraq, Beyləqan tərəfdən  Haramı düzündən Xocavənd (keçmiş Martuni) istiqamətində, sonra Zəngilanda, Qubadlıda, Laçında və Füzulidə gedən döyüşlərdə iştirak etmşəm. Həm də bu səbəbdən vətənpərvərlik kimi duyğulara çox həssas yanaşmışam. Amma yalançı vətənpərvərlik damarları tutanlara yazığım gəlir. Əgər bir xanımın təhsilimizin inkişafına verdiyi töhfəni, Slavyan Universitetinin az qala tövləyə oxşayan binasını ən müasir təhsil ocağına çevrilməsini kənara qoyub, bir nadan Primakova   görə, üstünə bu qədər gedənləri mən yazıq adlandırardım. Qanı, canı ilə vətənə, torpağa bağlı olan bir xanımı az qala vətən xaini çıxaranlar gülünc və rişxənd hədəfi olmalıdırlar. Əksinə, bu gün onlar özlərini əsl qəhrəman hesab edirlər.

Əziz həmkarlarım, Yergeni Primakova  görə Nurlana xanımın üstünə getməzdən əvvəl, yaxın tarixə nəzər yetirmək lazımdır. Yaddaşınız korşalmayıbsa, 1994-cü ildə Parlamentdə 20 yanvar günahkarlarının adı, qəbul ediləcək qanuna salınanda, ulu öndər Heydər Əliyev tövsiyə etdi ki, Y.Primakovun adı o siyahıdan çıxarılsın. Dünyanın altını da, üstünü də, həmçinin dünya siyasətini dərindən bilən, elə dünyaca məşhur siyasətçi Heydər Əliyevdən siz çox bilirsiniz? Əlbəttə, mən də 20 yanvar hadisələrinin canlı şahidi kimi M.Qorbaçovu, D. Yazovu, V.Bakatini, Dubinyakı,  general Ovçinnikovu və Y. Primakovu bu qırğınların baiskarı hesab edirəm. Amma siyasətin,  yəni ayzberqin görünməyən tərəfi var ki, biz onu nəhəng siyasi xadim Heydər Əliyev qədər bilmərik. Əgər ulu öndər Y.Primakovun adını 20 yanvar qırğının günahkarları sırasından çıxarırsa, deməli, o bizim bilmədiklərimizi daha yaxşı bilir. Elə isə niyə vətənpərvərlik damarlarınız tutub, ulu öndərə qarşı hücuma keçmirsiniz?

Yaxşı deyək ki, buna “dux”unuz çatmır. Bəs elə isə, 30 il öncə yox, elə 30 oktyabrda mətbuatın   Nurlana xanıma hücuna  başladığı gün H.Əliyev adına sarayda Bolqarıstan ermənisi, dizini yerə qoyub “artsax-artsax” deyib ağlayan Butorsun  oğlu Flipp Kirkorovun konsert verməsinə qarşı niyə hücum etmədiniz? Hücum cəhənnəm, heç yazılarınızla belə etiraz bildirmədiniz. Bir erməninin Bakıda konsert verməsinə maliyyə dəstəyi göstərən AZAL-ın prezidenti Cahangir Əsgərova, LUKOİL-in prezidenti Vahid Ələkbərova heç “gözün üstə qaşın var” deyən olmadı. Hələ bu konsertə görə, Bakının bir neçə mərkəzi küçəsinin bağlanaraq, əhaliyə ciddi problem yaratmasını demirəm. Bəs harda idi onda sizin o vətənpərvərlik damarınız? Nə oldu, Cahangir Əsgərova, Vahid Ələkbərova kişi cinsindən olduğuna görə söz deyə bilmirsiniz, amma zərif bir xanımın üstünə getməyi özünüzə sığışdıra bilirsiniz? Əgər gerçəkdən vətənpərvərsinizsə, onda bunlara da münasibət bildirin.

Teatrşünas Ənvər Börüsoydan və bir də mənim oktyabrın əvvəlində Kirikorovun konsertinə etiraz bildirən  yazılarımızdan başqa, digər yazılar görmədim. Biz bu erməni dığasının gəlişinə etirazımızı bildirəndə, sizlər yəqin ki, həmin konsertə olduqca baha olan bilet axtarırdınız...

İndiyə qədər niyə Qarabağın işğalında erməninin dalında durduğu üçün, bircə dəfə də olsun, həmin o Primakov haqqında esse müsabiqə keçirən rus səfirliyinin qarşısında etiraz aksiyası, pket keçirməmisiniz? Və yaxud 20 yanvar qırğınına birbaşa sərəncam verən SSRİ-nin o vaxtki rəhbəri, hələ də yaşayan, hətta guya Beynəlxalq Sülhə verdiyi töhfəsinə görə “Nobel” mükafatı alan M.S.Qorboçovun Beynəlxalq Məhkəməyə verilməsi üçün, niyə indiyə qədər imzatoplama, yəni petisiya keçirməmisiniz? Bundan əlavə, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, əliyalın camaata “gözləyin, sizə indi silah və partlayıcı maddələr gətirəcəyik” deyərək silahsız insanların qırılmasının səbəbkarı, sapı özümüzdən olan baltalar, nemətlər, etibarlar, isa qəmbərlər nə əcəb sizlərin yadına düşmür? Yoxsa, “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq” şakərindən əl çəkə bilmirsiniz? Nə olub, Nurlana Əliyevanı zəif, həm də bir xanım görmüsünüz? Amma Nurlana xanım sizin düşündüyünüz kimi, heç də zəif deyil və bir çox kişilərdən daha güclü, daha iradəlidir. Bu yerdə Mirvarid Dilbazinin bir bənd şeirini yada salamasam olmur:

Hər papaq qoyana kişi desəm mən,

Kişilər inciyər səxavətimdən.

Elə qadınlar da böyüdüb Vətən,

Nahaqdır onlara kişi deməsən.

Özünün iradəsi, çətinliklərə sinə gərməsi, dəfələrlə olmuş belə hücumlardan qalib çıxması ilə Nurlana xanım, çoxdan kişi qeyrətli, kişi dəyanətli olduğunu sübut edib. Amma Nurlana xanım öz gücünü, iradəsini belə xarakterlərə malik olanlara göstərə bilər, daha sizlər kimi yalançı vətənpərvərlərə və zəiflərə yox. O  müsabiqənin necə və hansı yolla keçirildiyini biləndə isə, əziz həmkarlarım, onda bir xanıma qarşı belə əsassız hücumlara görə xəcalət çəkəcəkiniz. İndidən məsələnin kökünü tam bilmədən, körpüləri yandırmayın ki, sonra həm üzr istəməyə, həm də həmişəki kimi qapısına getməyə üzünüz olsun.

 

Elçin MƏMMƏDLİ

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam