Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

M.Şəhriyar adına 193 nömrəli məktəbdə qalmaqallı səs yazısı:“20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?”- AUDİO

 

Daha bir Bakı məktəbində qalmaqallı səsyazısı: “20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?”- AUDİO

Daha bir məktəblə bağlı qalmaqallı səsyazısı yayılıb.

Yenixeber.org: Söhbət Nərimanov rayonu, M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdən gedir.

Səsyazmadan aydın olur ki, dil-ədəbiyyat müəllimi və sinif rəhbəri olan Toyzu Mustafayeva valideynlərdən pul tələb edir. Müəllim valideynlərlə təmas qurduğu “votsap” qrupuna səsli mesaj göndərərək, fond, süpürgə, jurnal, təmir və s. üçün pul istəyib. Hətta şagirdləri oğurluqda ittiham edib. Müəllimin səsyazısından bir hissəni təqdim edirik:

“Amma siz də gəlin məni incitməyin də... Axı 20 manat nə olan şeydir ki, siz onu vermək istəmirsiz? Mənim heç kimə borcum yoxdur ki, maaşımı alım və kiminsə uşağının ayağının altını süpürtdürüm. Hər dəfə uşaqlara deyirəm ki, pulu niyə gətirməmisiniz? Onlar da deyir ki, valideynimizə demişik. Sinfin təmizliyi, dəhlizin təmir edilməsi, “katric”in doldurulması, sinif adına alınan qəzet, sinifdə nəsə qırılsa, hamısı valideynlərin hesabına olur. Bunu rəhbərlik də, nazirlik də bilir”. 

193 nömrəıli məktəbin direktoru Rahim Hüseynov Cebhe.info-ya açıqlamasında Toyzu Mustafayevanın sinif rəhbərliyindən kənarlaşdığını deyib: "Məsələdən xəbərdar olmuşuq və müəllimi sinif rəhbərliyindən kənarlaşdırmışıq".

Səsyazısının tam versiyasını buradan izləyə bilərsiniz:(cebhe.info)

Alçina Amilqızı 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam