Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Fazil Mustafa BDU-dakı rüşvətxorluqdan danışdı

 

Deputat BDU-dakı rüşvətxorluqdan danışdı

"Bakı Dövlət Universiteti bizim üçün doğma məkandır. Oradan məzun olmaq vaxtilə hər birimizin ən böyük arzularından olub. Bizə çox şey qazandırıb, ancaq çox şeyləri də qazandıra bilməyib”.

Yenixeber.org: Bunu saytımıza açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, BDU məzunlarına yetərincə bilgi, dünyagörüşü qazandıra bilməyb:

“Biz həm Sovet dövründə, həm də indi BDU-nun potensialını lazımi səviyyəyə qaldıra bilməmişik. Bəlkə də Azərbaycanda sayılıb-seçilən ali təhsil ocağı kimi yaddaşlarda qalıb, lakin SSRİ məkanında öz elmi və intellektual potensialı ilə öncül mövqeləri tuta bilməyib. 

Burada bilgi ilə rüşvət bütün dövrlərdə paralel addımlayıb, müstəqillik dövründə də təəssüf ki, bu paralellik qorunub saxlanıb. 

Burada çox dəyərli müəllimlərlə yanaşı, qohumbazlığa, yerlibazlığa, dostbazlığa görə illərdir onlarla müəllim də kök salmış. 

Labaratoriyaları müasir elmin standartlarına cavab verməmiş, məzunların xeyli hissəsi müasir təhsilin səviyyəsinə cavab verəcək hazırlığa yetişməmişlər. 

Bununla belə, bu universitetin müsbət ənənləri də müəyyən dərəcədə olmuş, Məmməd Xələfov, Arif Babayev, Mirabbas Qasımov, Yəhya Məmmədov, Abbas Zamanov, Ələsgər Məmmədov, Şirməmməd Hüseynov kimi  dəyərli alimlərin ayaq basdığı bir məkan kimi yaddaşımızda qalmışdır. Bir Univeristetin 100 illiyi yubileydən daha çox bir məsuliyyət tarixidir. Bu yüz ildən sonra "biz Bakı Dövlət Universitetini ən cəlbedici elm və təhsil məkanına çevirə biləcəyikmi?" sualına cavab tələb edən bir məsuliyyət anıdır. Bizə ümid etmək qalır. Yubiley tarixi münasibəti ilə Universitet dəyərlərinə layiq bütün müəllimləri, tələbələri, laborantları və digər əməkdaşları təbrik edirəm".(Moderator)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam