Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Toya getdim və bir daha anladım ki... –Millət vəkili yazdı

Bu gün bəlkə də çox faydalı bir gün keçirdiyimi söyləyə bilərdim. İki kitabın təqdimatında iştirak etdim, hər iki tədbirdə də sağ olsunlar ki, söz verdilər, düşüncələrimi söylədim. Dəyərli yazarımız Şərif Ağayarın "Komandir" romanının təqdimatı Bakı Kitab Mərkəzində, Azərbaycanın çox önəmli söz ustalarından biri, dəyərli Orxan Fikrətoğlunun "Tülu" kitabının təqdimatı isə “Libbraff”da keçirildi. 

Yenixeber.org:Məlumata görə, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, maraqlı təqdimatlar oldu və sevindirici odur ki, hər iki məkanda da kitab sevgisinin aşıb-daşdığını sezə bilirdim.

“Kitablar aldım, yaşlılarla söhbətləşdim, gənclərlə kitabların fonunda foto çəkdirdim. Belə toplaşma məkanlarının olması Azərbaycan insanı üçün çox vacibdir. Həm də sevinirdim ki, artıq Kabab mədəniyyətindən Kitab mədəniyyətinə keçidimiz üçün xeyli ümidverici aura yaranmaqdadır. Hər şey gözəl idi. Ancaq birdən xatırladım ki, axşam bir toy məclisinə də dəvətliyəm. Necə deyərlər, çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə. Getdim və bir daha anladım ki, yekunumuz yenə də bir müddət Kabab mədəniyyətində olacaq. Bu qədər israfçılığın, anlamsız qidalanmanın, toy terrorunun içindən çıxmış bir cəmiyyətin hələ az-çox kitab oxumasına şükür etmək lazım. Mədəsini doğru qidalandıra bilməyən xalq, billahi, beynini də doğru qidalandıra bilməz. Xalqın sevilən mahnısı da "kabab yanar köz üstə" formatında hələ çox oxunmalıdır bizdə... Ta ki "qoy məni öldürsünlər, bir alagöz qız üstə" deyənlərin qarşısına "qoy məni qınasınlar, kitab üstə, söz üstə" deyənlər çıxanacan...”(Kult.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam