Yenixeber.org: Təhsil Müllətin gələcəyini, onun inkişafını müəyyən edən başlıca sahə olduğu hər birimizə yaxşı məlumdur. Qısaca desək, təhsil hər bir xalqın dünyaya baxışını, düşüncə tərzini, ümumiyyətlə istənilən bir sahəyə baxış bucağını ali dərəcədə formalaşdırır. İntelektual bilik səviyəsini artırır. Təhsil həm də qaranlıq bir dünyayın işıqlı sabahıdır. Hər bir gənc öz düşüncə tərzinə, intelektual bilik və səviyyəsinə görə seçilir. Belə bir məhşur deyim var; “Təhsilsiz ölkə labüddən müstəmləkəyə çevrilər”. Təhsil almaq, elmə-biliyə yeyelənmək hər bir insanın ali məqsədi olmaqla yanaşı, həmdə bir vətəndaşlıq borcudur. Hər bir insan sağlam elmə, yüksək biliyə yeyələnməklə, o, bu yolla həmdə öz Vətəninə, Xalqına, Dövlətinə xidmət etməyin məsuliyyətini yaxşı – yaxşı dərk etməlidir.
Elmli-savadlı olmaq sənə oturduğun, durduğun hər bir təbəqə arasında hörmət qazandırır. Ən əsası da sənə hak etdiyin vəzifəyyə sahiblənmək qapısı açır. Bu da sənə yüksəldiyin vəzifədə öz ölkəni layiqincə təmsil etmək şansı qazandırır.
Ona görə də hər birimiz bir vətəndaş olaraq həm özümüz, həmdə bir valideyn olaraq öz övladlarımızın sağlam təhsil və sağlam düşüncəyə sahiblənməsinə məsuliyyətlə yanaşmalı, onların bir şəxsiyyət kimi formalaşmasına və layiqli yer tutmasına yardımçı olmalıyıq.
Lakin bəzən elə olur ki, qarşısında əyləşib təhsil aldığın müəllimin özünün savadsız, “kütbeyin” olduğunu görəndə, türklər demişkən lap “şaşırırsan”.
Bəs yaxşı, bu cür savadsız və“küt beyin” müəllimləri işə necə götürürlər?
Bu cür savadsız, “küt beyin” müəllimlərlə daha çox bölgələrdə, işğal olumuş rayonların təhsil sistemində rast gəlmək olur. Onların özləridə yaxşı bilirlər ki, önlar sahib olduqları “savadları” ilə yalnız köçkün məktəblərində işləyə bilərlər. Onu da məktəb direktoruna “şirinlik” verməklə… Beləliklədə “dərs” dedikləri şakirdləridə özləri kimi “savadsız, “küt beyin” yetişdirirlər. Başqa heç cür… Və bununlada həmin şagirdlərin gələcəyini qaraldır, onları sağlam təhsil mühitindən məhrum edirlər. Savadsız və “küt beyin” müəllimlərin sayəsində…
Lakin biz unutmamalıyıq ki, bu gün ölkəmizin savadlı, saxlam düşünən beyinə daha çox ehtiyacı var.
Bu xüsusda Füzuli rayon “Qaydış” 1 saylı tam orta məktəbində vəziyyət daha acınacaqlı və utancvericidir. Əldə etmişik ki, nədənsə savadsız və ”küt beyin” müəllimlər daha çox bu məktəbdə yerləşdirilir. Onların necə yerləşdirilməsinə gəlincə, hər halda bu sualı cavablandırmaq bir başa məktəb direktorunun vəzifəsi olduğundan onun da söz haqqını tanıyırıq.
RealMedia.az-a verilən məlumatlara görə “Qaydış” 1 saylı tam orta məktəbinin direktoru Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu qaydalarından” iştirak edib keçid üçün aşağı bal toplayan, nəinki aşağı bal toplayan, hətta proseduralardan keçə bilməyən müəllim(ə)ləri belə “ rüşvət attestasiyasından” keçirməklə işə qəbul edir. Direktorun hümanist yanaşması sayəsində TN-nin “Müəllimlərin işə qəbulu proseduralarından” keçə bilməyən “küt beyin” müəllimlər əllərinə jurnal alaraq sinifə daxil olub, şagird qarşısına çıxarılır. Beləliklədə həmin müəllimlərin sayəsində bir sinif məhv olur.
Mənbə idda iddia ki, məktəbin direktoru müəllimlərin işə qəbulu ilə bağlı TN-nə vakant yerlə bağlı siyahı vermir. Vakant yerləri gizlədir. Direktor həmin yerləri ona görə saxlayır ki, TN-dən müsabiqədən keçə bilməyən “müəllimlərlə” özünün maraq dairəsi çərçivəsində müddətli müqavilə bağlayaraq işə götürsün. Bildirilir ki, bu və digər hallarla bağlı məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılarsa bir çox qanun pozuntularının ortaya çıxacağı şüphəsizdir.
Onu da öyrənmişik ki, “Qaydış” 1 saylı tam orta məktəbində müddətli müqavilə ilə işləyən hələki adını çəkmək istəmədiyimiz ixtisasça ibtidai sinif müəlliməsi olan şəxs əvvəlki illərdə TN-yi tərəfindən keçirilən “Müəllimlərin işə qəbulu qaydalarında” iştirak edib sıfır bal toplasa da,sonradan məktəb direktorunun “razılığı” əsasında həmin məktəbdə müddətli müqavilə ilə çalışır. Bu illəri isə həmin müəllimə TN-nin keçirdiyi müəllimlərin işə qəbulu bağlı müsabiqədə iştirak edərək 24 bal toplayıb. Bu da keçid balı üçün yetərli deyil. Maraqlıdır, özü bir müəllimə olaraq illərlə TN-də keçirilən “iş”lə bağlı qəbulu prosesində iştirak edərək 0.1 balda olsun belə toplamağa savadı yetməyən, adını isə müəllimə qoyub, əlinə jurnal götürüb sinifə girərək şagird qarşısına çıxarılması utancverici deyilmi? O, şagirdlərə hansı biliyi aşılayacaq, nə savad verəcək? Özü də ibtidai sinif müəlliməsi… Hansı ki, şagirdə ilk ana dilini, qələm tutmağı və yazı yazmağı öyrədən məhz ibtidai sinif müəlliməsidir. Özünə ərişdə kəsə bilməyən, özgəsinə necə umac ova bilər? Savadı olmayan belə birini sinifə buraxmağın özü təhsilimizi, gələcəyimizi mənəvi terrora sürüklənməsinə xidmətdən başqa bir şey deyil, məncə.
Mövzuya daha geniş və aydın şəkildə qayıdacağıq.(realmedia.az)
Qaşrı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.