Cəlilabadın kriminallaşan təhsili- döyülmə, məxfi iclaslar, qanqallı tapşırıqlar..
Yenixeber.org: Bildiyiniz kimi, rayon təhsil şöbələri təhsilin yerli idarəetmə orqanlarıdır. Rayon təhsil şöbələrinin müdirləri yerli İcra hakimiyyəti başçılarının razılığı ilə təyin olunur. Hazırda Təhsil Nazirliyinin apardığı islahat nəticəsində Naxçıvan Muxtar Respublikasını çıxmaq şərti ilə, 15 Ərazi Hesablama Mərkəz yaradılıb. Ərazi Hesablama Mərkəzləri yaradılarkən əsasən, həmin bölgələrdə təhsil üzrə maliyyə təsərrüfat işini həyata keçirmək və ona nəzarət etmək üçün yaradılsa da, hazırda konkret olaraq təhsili idarəetmə ilə məşğuldur. Belə olduğu halda regionlarda təhsilin idarəedilməsində Təhsil Nazirliyinin qurumları arasında ikitirəlilik yaranıb.
Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir.
Gəlin bir orta statistik rayonun timsalında əyalətdə təhsilin hansı səviyyədə olmasına baxaq.
Elə başlayaq Cəlilabaddan. Hansı ki, statistikaya görə təhsilin səviyyəsinə görə 70-ci yeri tutur.
“Məxfi rejim”
Bildirir ki, məhz bu rayonun bəxti təhsil sahəsində heç gətirmir. Bir-birini əvəzləyən təhsil şöbəsinin müdirləri haqda mediada kifayət qədər qalmaqallı yazılar dərc edilib.
Korrupsiyanın ən nadir, ən inanılmaz növlərinə məhz Cəlilabad təhsilində rast gəlinib.
Nəhayət bu il fevralda yerli TŞ-yə Qərənfil Əhmədova müdir təyin olundu. Bu az müddət ərzində nə dəyişdi?
Dəyişən o ki, yeni müdir əsas olaraq vəzifəsini təhsilin səviyyəsini artırmaqda yox, mətbuata axan informasiyanın qarşısını almaqda gördü.
Yaqin ki, casuslar haqda filmlərə baxdaqdan sonra bu qərara gəldi ki, TŞ-də keçirilən iclaslar zamanı mobil telefonlar yığışdırılsın.
Kimsə nəsə səs yazar və ya çəkər- bu şeylərin qarşısı alınsın.
Bu yeni qanun qəbulıa gələn vətəndaşlara da şamil olunub. Qəbula gələn Ramin Yarıyev adlı vətəndaş içəri daxil olmaq istəyəndə RTŞ şefinin katibəsi ona telefonunu təhvil verməlisən deyib.
Vətəndaş haqlı olaraq öz etirazını bildirib və deyib ki, mən anlamadım bura hansısa məxvi orqan yox umumi ictimaiyyətə açıq olan dövlət orqanıdır. Mübahisəni eşidən RTŞ şefi səbəbini katibədən soruşaraq bildikdən sonrada vətəndaşı qəbul etməyib.
“Vergilər” çıxalıb
İkinci yenilik isə tələb olunan rüşvətin həcmin çoxalması idi.
- Köklü islahatlar nəticəsində məlum olub ki, bundan sonra məktəblərdə qonşu məktəblərdən əvəzçilik üzrə dərs demək üçün gələn müəllim RTŞ –yə 200 AZN, öz məktəbində büllütenə çıxan müəllimin dərsi başqasına əvəzçiliklə veriləcəksə buradan RTŞ-ə 50 AZN veriləcək.
- Rayonda aparılan TİKİNTİ-ABADLIQ işlərinə aylıqdan əlavə şəhər məktəblər 200 AZN , şəhər ətrafı məktəblər 100 AZN , kənd tam orta məktəbləri 50 AZN , ümumi orta məktəblər 40 AZN ödəməyə başladılar
- . Qərənfil Əhmədova RTŞ yə müdir təyin olunandan 14 saylının Cəlilabad rayon şöbəsinin baş mühasibi Zaur Əzizov önəmli rol oynamağa başlayıb.Müqdirin ən yaxın adamı kimi.
hər bir direktor ayda tabel üçün Zaur Əzizova ən aşağı 20 manat verir . Rayondan deyirlər ki, aylıq 2500-3000 qazancı olmasa “Prado” avtomobilini quru məvaciblə almaq mümkün deyil.
- Cəlilabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan ard-arda kobud səhvlər edən Qərənfil Əhmədova növbəti dəfə də Təhsil Nazirinin verdiyi əmri pozdu.
Cəlilabad şəhər 1 nömrəli lisey məktəbin direktoru Füzuli Quliyevlə əlbir olaraq iyunda məktəbin 1-ci sinfindən – 11-ci sinfə qədər şagirdlərdən 4 manat yığmaqla SINAQ TESTİ keçirdiblər.
- TŞ müdirəsinin “qanqal müşavirəsi” rayonda gülüş hədəfi olub.
Təhsildəki problemlərdənsə təmizlikdən, qanqallara, alaq otlarına qarşı mübarizədən danışan müdirin çıxışı xoş qarşılanmayıb.
Video qalmaqalı
Qərənfil Əhmədovanın təyinatından sonra rayon təhsilin adı bir neçə dəfə qalmaqalda hallanıb.
Bunlardan biri də müəllimin döyülməsi ilə bağlı idi. Belə ki, 2 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanıb. Yayılan video görüntüdə insanın şərəf və ləyaqətini açıq-aydın alçaldan hərəkətlər nümayiş etdirilib, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib.
Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmayıb, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilib. Müəlimin belə döyülməsinin ,şantaj edilməsinin motivləri olub.
Deyilənə görə Uzuntəpə kənd 3 nömrəli ümumi orta məktəbin 60 yaşlı Alim müəllimin həyat yoldaşı həmin məktəbdə xadimə işləyir.Məktəbin direktoru Elçin müəllim Alim müəllimin yoldaşını işdən çıxarıb yerinə 500 manata işçi götürmək üçün bu yaşlı müəllim şərlətdirib və döydürüb. Cinayəti videoya çəkməkdə məqsədləri əgər yoldaşını işdən çıxartdırmasa şantaj edəcəkləri bildirilmişdi.
Bax belə, Cəlilabad təhsilində artıq kriminallaşma gedib.
“Direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır?”
Yeni rəhbərliyə qarşı rayonun ən tanınmış pedaqoqu da sərt çıxış edib.
Özü də ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır. Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.
Müəllif yazır: “Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Cəlilabadın təhsil şöbəsinin müdirinə rüşvət ittihamı səslənib. Bu dəfə ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır. Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.
Müəllif yazır: “Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Bizimki sayı itirib”.
Xatırladaq ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq. Cəlilabad rayon təhsilindəki “besperedel”lə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb. Təəssüf ki, buna baxmayaraq nə rayon rəhbərliyi, nə də rayon təhsil şöbəsinin rəhbərliyi səslənən problemlərin həlli istiqamətində gərəkən addımı atmırlar.
Əgər həqiqətdirsə..
2019-cu ilin fevral ayında RİHB-nın 33 nömrəli sərəncamı ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsinə Qərənfil Qorxmaz qızı Əhmədova bu təyinata qədər Cəlilabad şəhər 8 nömrəli humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə direktor vəzifəsində çalışıb…
Rayondakı qaynaqlarımızın bildirdiyinə görə Qərənfil Əhmədova ilə bağlı rəhbər olaraq ictimai rəy əvvəlki vəzifəsində də birmənalı olmayıb. RTŞ-nin müdiri kimi fəaliyyətində də qazanılan yeganə artım bu sahədəki narazılıq dalğasının genişlənməsidir…(reportyor.info)
İlqar