Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Qəbul imtahanlarında - fənlər üzrə bal məhdudiyyəti ləğv olunub

Qəbul imtahanlarında fənlər üzrə bal məhdudiyyəti ləğv olunub

“Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayında çox böyük dəyişiklik var. Belə ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8 min artıb. Bu, böyük rəqəmdir”.

Yenixeber.org: Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min idisə, bu il onların sayı 20 mindir: “Bu o deməkdir ki, müsabiqəyə buraxılacaq təxminən 40 min namizəddən hər ikincisi dövlət sifarişli yerdə təhsil almaq şansı qazanacaq. Məlumdur ki, müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə yaranır. Ötən il ödənişli əsaslarla olan müəyyən yerlər boş qalmışdı, namizədlər bu yerlərə ərizə verməmişdilər”.

M. Abbaszadə qeyd edib ki, qəbul qaydalarında liberallaşma baş verib: “Ötən ildən fərqli olaraq, bu il həm ödənişli, həm də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 200 bal, imtahanın ikinci mərhələsində isə 100 bal toplamaq kifayətdir. Fənlər üzrə bal məhdudiyyəti də ləğv olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam