Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "balaca padşah" ləqəbli direktor-İttiham

 

 

 

Elə bir toplantı, iclas olmasın ki, Prezident məmurlara xəbərdarlıq etməsin. Onlara tapşırmasın ki, yerlərdə insanları incitməyin, özünüzü təvazökar aparın, xalqın problemlərini həll etməyə çalışın. Hər kim ki, bu tapşırıqlara əməl etmir, onların da aqibətini siz bizdən daha yaxşı bilirsiniz.

Yenixeber.org: Amma elələri də var ki, özünü orta əsr imperatorları kimi aparır, şahlıq iddiasına düşür. Rəhbərlik etdiyi yerdəxanıdanlıq yaradır-təbii ki, əyan-əşrəf də öz yerində. Məhz onların bu “balaca padşahlıq” iddialarının böyük zərbələri son nəticədə dövlətə dəyir- vətəndaş öz dövlətindən inciyir, narazılıq formalaşır.

Saytımıza verilən məlumatlara görə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə bir neçə günəvvəl Təhsil nazirinin əmri ilə yeni direktor təyin olunub. Göyçaya Gəncədən təşrif buyuran İrşad Abbasovun gəlişi Kollecdə aləmi bir-birinə qatıb. Yeni direktorun gəlişi Kollecdə elə ab-hava yaradıb ki, sanki ölkədəhakimiyyət dəyişikliyi baş verib. İ.Abbasov yeni seçilmiş prezident kimi gələr-gəlməz kollecin bütün direktor müavinlərini, digər rəhbər heyətini ərizələrini almaqla “istefaya göndərib”. Özü də buyurub ki, baxarıq görək sizinlə işləyə bilirəm, ya yox. İndi Kollecin ərizəsi alınan müəllimləri həyəcanla direktorun “yeni hökuməti” nəzaman formalaşdıracağını gözləyirlər. Direktorun kadr seçimində hansı “kriteryalara” üstünlük verəcəyi, öz “kabinetində” kimlərə yer ayıracağı isə məlum deyil. Beləcə bütöv bir kollektiv həyəcan və təlaş içində İ. Abbasovun təyinatlarını gözləyir.

Saytımıza verilən məlumatda o da bildirilir ki, yeni direktorun hərəkətləri kollecdə ciddi narazılıqla qarşılanıb. Uzun illər burada çalışan, təcrübəli müəllimlər cəmi bir neçə gün əvvəl Göyçaya gələn birisininəlində əsir-yesir olublar. Ölkədə olduqca həssas bir dönəm yaşandığı bir vaxtda şəxsi ambisiyaları naminəbu qədər ciddi narazılıq formalaşdırmaq kimə və nəyə lazımdır? Cənab nazirin etimadına və imzasına bu qədər də etimadsızlıq və hörmətsizlik olarmı? Ölkə başçısı hər bir vətəndaşın probleminə diqqət yetirdiyi, insanların qayğısına qaldığı halda onun rəsmini başının üstündə saxlayan bir məmurun bu qədər ambision fəaliyyətinə nə ehtiyac var? Hər halda çox ciddi sorulardır və yəqin ki, Təhsil Nazirliyində bu haqda ciddi dəfikirləşərlər.(dosye.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam