Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Süleymanlı Emin Kərim oğlunun şəxsi münasibətlər zəminində həmyerlisi Məmmədov Natiq Çingiz oğlunu bıçaqlaması direktorun başını ağradıb. Hazırda istintaqla paralel kollec araşdırılır.
Yenixeber.org: Bıçaqlanmanın kollecin qarşısında baş verməsi direktor Xaləddin Ələkbərovu ikiqat problemlə üzləşdirib. Kollecdə nizam-intizamın olmaması, tələbənin cibində bıçaq gəzdirməsi təhsil ocağı direktorunun yaratdığı mühitin nəticəsi kimi qiymətləndirilir.
X.Ələkbərov yeni tədris ili başlar-başlamaz intizamsızlıq yaratmaqla, dərsə bıçaqla gələn tələbənin kriminal hərəkəti ilə artıq bu kollec haqda mənfi imic formalaşdıra bilib.
Kollecdə kriminallığa meylli tələbələrin olması valideynləri də narahat etməyə başlayıb. Belə təssürat oyanır ki, X.Ələkbərov anarxiya yaradıb, dərs keçirilmir, tələbələr kriminal aləmlə maraqlanırlar.
Onsuz da adı rüşvət yığımında, tədrisin aşağı səviyyədə olmasında hallanan Bərdə Texnologiya Kollecinin bu insidentdən sonra yerdə qalan nüfuzu da heçə endi.
İndi hansı valideyn övladının bu təhsil ocağında oxumasını istəyər? Bu gün zəmanənin çətinliyini nəzərə alsaq, hər kəs övladını mühafizə etməyə çalışır və balasını oxuduğu kollecin rəhbərliyinə tapşırır.
Lakin məlum olur ki, X.Ələkbərov kollecdə nəzarəti əldən verib, tələbə bıçaqla gəzir, sonra da oxuduğu bu təhsil ocağının qabağında yerlisinə 3 bıçaq zərbəsi endirir.
Google üzərindən bir axtarış kifayətdir bu təhsil müəssisəsinin fəaliyyətindən bəhs olunan saysız yazılarla tanış olaq.
Məlumatlarda sözügedən tədris müəssisəsində müəyyən vaxtlarda və bir sıra səbəblərdən tələbələrdən pul yığıldığı deyilir. Hətta bəzi mənbələr Bərdə rayonunda fəaliyyət göstərən Dövlət İdarəetmə və Texnologiya Kollecini bir qrup dələduzun biznes obyekti kimi tanındığını iddia edir.
Müəllim və tələbələrin əksəriyyətinin adı jurnalda yazılsa da, özləri aylarla dərslərə gəlmirlər. Deyilənlərə görə, hətta bəzi tələbələrin təqaüd kartı da Xaləddin Ələkbərovdadır. Teref.info bu iddianı irəli sürüb.
Xalqxeber.az yazıb ki, direktor bəzi tələbələrlə sövlələşməyə girərək, onları dərslərdən və imtahanlardan yayındırır. Elə bu bəlkə də bunun nəticəsidir ki, bıçaqlanma olub.
Ələkbərovun "ölü canlar”ından da bəhs edirlər. Verilən məlumatlara görə, kollecin ştat cədvəlində elə şəxslərin adları var ki, heç ümumiyyətlə bu təhsil müəssisəsinin yolunu belə tanımırlar. Xaləddin müəllim onların maaşlarını rahatlıqla mənimsəyir.
Yenixeber.org-a verilən məlumata görə,Bərdə RİH sabiq şöbə müdiri Zaur Bəylərovun işdən qovulması kollec direktorunun rahatlığını əməllicə pozub.
Səbəb isə Zaur Bəylərova məxsus “müqəddəs kitab”da Xaləddin Ələkbərovun da adının yer almasıdır.(cahan.info)
Hörmətli direktorun mövqeyini dərc etməyə hazırıq.