Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzuli məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarında

 

 

 

Yenixeber.org: “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonları üzrə tur-aksiyada iştirak edəcəklər.

Horadiz şəhərində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilib. Rayonun ictimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.

Alı Alıyev diq      qətə çatdırıb ki, Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa respublikamızda mühüm əhəmiyyətə malik olan bölgələrimizdəndir. Bu rayonlar həm tarixi məkanları ilə zəngindir, həm də öz mətbəxi, adət-ənənələri ilə fərqlənir.

Alı Alıyev maarifləndirici tur-aksiyanın əhəmiyyətini qeyd edərək, şagirdlərə səfərlərinin olduqca maraqlı keçəcəyini, ekskursiyadan çox şey öyrənəcəklərini deyib.

Tədbirdə çıxış edənlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, sülh rəmzi olan göyərçinləri havaya uçurublar., sonra onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə yola düşüblər.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam