Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

9 və 11-ci sinif şagirdləri fərqli günlərdə buraxılış imtahanı verəcək

 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, buraxılış imtahanı məktəbin yerləşdiyi şəhər və rayondan asılı olaraq 3 fərqli gündə keçiriləcək

Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri 3 fərqli gündə buraxılış imtahanı verəcəklər.
Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasında iyunun 21-də keçiriləcək.
Digər bölgələr üzrə isə imtahanlar iyunun 27-si və iyulun 3-də təşkil ediləcək.
Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran məktəbliləri üçün imtahan günü iyunun 27-sidir.
Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı şagirdləri isə iyulun 3-də imtahan verəcəklər.
Əvvəlki illərin məzunları və eksternat - sərbəst təhsil alanlar isə iyulun 10-da öz biliklərini sınaya biləcəklər.
Dövlət İmtahan Mərkəzi bildirir ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) uyğun qrafikə görə verəcəklər.
Heydər Əliyev və C.Naxçıvanski adına hərbi liseylərin şagirdləri üçün imtahan iyunun 21-də olacaq.
Bakıda yerləşən internat təhsil müəssisələrinin, tədrisi ingilis dilində olan, Çilov adasındakı, cəzaçəkmə müəssisələrindəki məktəblərin şagirdləri üçün iyulun 3-də imtahan olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam