Yenixeber.org: Son dövrlərdə ölkəmizdə aparılan islahatlar hamımızın gözü qarşısında baş verir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət verməsi də inkar edilməz faktrdır. Bütün bunlarla yanaşı təhsil sahəsinə müxtəlif əyri yollarla soxulmuş şəxslərin öz bəd əməlləri ilə bu sahəyə ciddi zərbə vurmaları faktları da mövcuddur.
Sadəcə media üstündən aparılan araşdırmalar bizim aşağıda verdiyimiz məlumatları təsdiqləyir.
Ona görədə qərara gəldik ki, Neftçala şəhərindəki şəhid E.Həbibov adına 4 saylı orta məktəbdə baş verən rüsvayçılıqları ictimaiyyətin nəzərinə çatdıraq. Başlanğıcda onu qeyd edək ki, keçmişdə 1 saylı Neftçala şəhər orta məktəbi adlandırılan bu təhsil ocağı özünün yaddaqalan xoşməramlı ənənələri ilə seçilib-sayılan məktəblərdən biri idi. Bu məktəbə rəhbərlik etmiş –Cavad müəllim, Natiq müəllim, Gülnaz müəllimə kimi məktəb direktorları hər birimizin yaddaşımızda xoş xatirələrlə qalmaqdadırlar. Hal-hazırda bu təhsil ocağına Şəfəq Balaşova adlı bir qadın direktorluq edir. O bu sahəyə özünün dediyi kimi rayon icra hakimiyyətində yüksək çin sahibinin və təhsil nazirliyindəki arxasının köməyi ilə gəlib çıxmışdır. Onun direktorluğu dövründə məktəbin geniş həyəti ayrı-ayrı şəxslərin sahibkarlıq obyektlərinin tikintiis altına verilmişdir. Məktəbin xarici və daxili görünüşündən cin hürkür. Məktəbin hesabına əldə etdiyi gəlirlərlə Bakı şəhərində mənzil, Neftçala şəhərində 4 otaqlı mənzil alan bu “rəhbər “məktəbin abadlığına vəsait tapmaqda çətinlik çəkir. Özünün yaxın ətrafına söylədiyindən belə məlum olur ki, bu qadın bütün meylini arxası olan adamının ona vəd etdiyi rayon icra başçısının müavini vəzifəsinə sahib olmağa salmışdır. Bu həm də onunla sübut olunur ki, o məktəbdaxili təhsili bir kənara buraxıb repetitorlara geniş meydan açmışdır. Özünün məktəbdaxili biznesini məktəbin bufetində sahmana salaraq gündəlik 70-80 manat qazanc əldə edir. Vaxtı ilə bu məktəbdə direktor işləmiş Gülnaz müəlliməyə hal-hazırda rayon icra hakimiyyətində humanitar və sosial məsələlər şöbəsinin müdiri şləyən Gültəkin Sadıqova vasitəsi ilə tor qurub onun yerinə keçmiş Şəfəq Balaşova , ində də deyir ki, bu gün sabah rayon icra hakimiyyətinin başçısını İ.Vəliyev vəzifədən gedən kimi mən Gültəkinin yerində oturacam. Meylini İcra hakimiyyətindəki vəzifəyə salmış Şəfəq Balaşova direktorluq etdiy məktəbdə təhsili başlı başına buraxmışdır. Məhz onun dövründə məktəbin təsərrüfat işləri üzrə direktor müavini işləmiş Alik adlı şəxsin intihar edərək özünü yandırması faktı “arxası” vasitəsilə ört-basdır edilərək gizlədilmişdir. Şübhəli məqamlara yol açan faktın araşdırılması Şəfəq Balaşovanın yeyinti faktlarının açılmasına səbəb ola bilərdi. Cənab nazir şəhid E.Həbibov adına 4 saylı Neftçala şəhər tam orta məktəbin direktoru Şəfəq Balaşovanın təhsil işçisinə yaraşmayan hərəkətlərinə qısa zaman ərzində son qoyulmazsa bu məktəb əldən gedəcək və bu qadın daha ciddi fəsadlar törədəcək.
Elton Həbibov adına 4 saylı orta məktəbin direktoru Şəfəq Balaşovanı müdafiə edən yüksək çinli rayon məmuru kimdir?
Direktor Şəfəq Balaşovanı Təhsil nazirliyindəki yüksək vəzifəli arxası kimdir?
Direktor hansı xarici ölkələrə gedərək oradan nələr gətirib? Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!(xeberal.az)