Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ceyhun Bayramovun direktorsuz məktəbi:Sorağı məhkəmədən gəlir

 

 

 

Yenixeber.org: Mingəçevirdə fəaliyyət göstərən 3 saylı beynəlmiləl məktəb faktiki olaraq direktorsuz qalıb. Məktəbin direktoru Kəmalə Tahirovanın ötən dərs ilindən işə çıxmaması cürbəcür şayiələrə yol açıb. Bununla bağlı bildirək ki, K.Tahirova barəsində işində yol verdiyi nöqsanlara görə prokurorluqda araşdırma aparıldığı, onun uzunmüddətli məzuniyyətə çıxdığı, xəstəliklə əlaqədar bülletendə olduğu səslənən versiyalar sırasındadır.
Məsələyə aydınlıq gətirmək üçün Mingəçevir şəhər Təhsil şöbəsiylə əlaqə saxlanılıb. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov yerində olmadığından suallarımızı cavablandıran müavin Fazilə Yusifova öncə 3 saylı məktəbin direktoru vəzifəsini Cəmilə Yusifova icra etdiyini bildirdi. Bizim “Cəmilə Yusifova direktor müavinidir, bəs Kəmalə Tahirova hardadır, axı aylardır ki, o, işə çıxmır, barəsində müxtəlif şayiələr dolaşır?” sualına “Mən başa düşmürəm, direktorun harda olub-olmamağı Sizi niyə belə narahat (?!) edir?” deyə cavab verdi. Növbəti dəfə sualın mediadan olduğumunu biləndən sonra F.Yusifova “Kəmalə müəllim xəstədir, xəstəliyi ilə bağlı lazımi sənədləri də Təhsil Nazirliyinə təqdim edib” deməklə kifayətlənib.
Yeri gəlmişkən, cumhuriyyet.az olaraq bildirək ki, bu həmin məktəbdir ki, son bir neçə ildə ölkə təhsilində “inqilab” sayıla biləcək unikal bir “yeniliyə” “imza atmışdı. Belə ki, hər dərs ilinin sonunda valideynlərə övladlarının növbəti dərs ilində 1-ci növbədə təhsil almaları üçün məktəb rəhbərliyinə müəyyən məbləğdə vəsait ödəməsinə dair təklif irəli sürülürdü. Səhər növbəsində təhsil almaq istəyən bir sinif üçün 200-250 manat civarında haqq müəyyənləşdirilmişdi. Yalnız bu dərs ilində məktəb “başsız” qaldığından sözügedən “sistem” işləmədi. Əldə etdiyimiz məlumatlara görə, Mingəçevir şəhər Təhsil şöbəsi 43/1 nömrəli, 16 may 2018-ci il tarixli Əmr imzalayıb. Həmin əmrə əsasən xəstəliyilə əlaqədar Kəmalə Tahirovanın vəzifəsi qeyd olunan tarixdən müvəqqəti olaraq məktəbin direktor müavini Cəmilə Yusifovaya həvalə edilmişdir. Xanım direktor işə çıxmadığı halda bir işçisiylə məhkəmə çəkişməsinə də zaman tapıb. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 22 may 2018-ci il tаrixli qətnaməsi ilə iddiаçı Lalə Qarayevanın cavabdeh Mingəçevir şəhər 3 saylı orta məktəbinə qarşı işə bərpa tələbinə bаrədə iddiаsı təmin edilmişdir. Məhkəmənin qətnаməsinə əsаsən, L.Qarayeva ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Mingəçevir şəhər 3 saylı məktəbin 19 saylı, 14 mart 2018-ci il tarixli əmrinin ləğv edilməsi, L.Qarayevanın həmin məktəbdə Uşaq birliyi rəhbəri işinə bərpa edilməsi, həmçinin ona 14.03.2018-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir.
K.Tahirovanın Mingəçevir şəhər Məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2018-ci ildə açıq məhkəmə iclasında baxılmışdır. Məhkəmə müəyyən etmişdir ki, K.Tahirova 16 may 2018-ci il tarixdən xəstə olduğu üçün onun vəzifəsi müvəqqəti olaraq məktəbin direktor müavini C.Yusifovaya həvalə olunmuşdur. O da məlum olmuşdur ki, məhkəmə gününədək K.Tahirova işə çıxmamış, C.Yusifova isə məktəbin direktoru vəzifəsini icrasını davam etdirməkdədir. İş üzrə birinci instansiyanın qətnaməsindən apelyasiya şikayəti K.Tahirovanın adından verilsə də, həmin şikayəti C.Yusifova imzalamışdır.
Mülki prоsessuаl qanunvericiliyin tələbinə görə apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs imzalamışdırsa apelyasiya şikayəti qaytarılır (Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsi, maddə 361.2). Məhkəmə kоllegiyаsı hesаb etmişdir ki, Mingəçevir şəhər 3 saylı orta məktəbin direktoru K.Tahirovaya münаsibətdə apelyasiya icraatına xitam verilməlidir. Ötən dərs ilindən işə çıxmayan K.Tahirovanın öz işçisiylə məhkəmə çəkişməsi təəccüb doğurduğu qədər şəhər Təhsil şöbəsinin məktəb direktorunu (əvəzolunmaz kadrmış kimi) cidd-cəhdlə müdafiə etməsi təəssüf doğurur. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, bu gün Mingəçevir ŞTŞ-nin səlahiyyətində 19 tam orta məktəb və 2 lisey olmaqla 21 ümumtəhsil məktəb və 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir (3 məktəbin 12, 16 və 17 saylı məktəblərin direktoru yoxdur – A.). Şəhərin ümumtəhsil məktəblərində 14 minə yaxın şagird təhsil alır.(cumhuriyyet.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam