Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abel Məhərrəmov necə rektor idi? -Ekspertlər danışdı

 

 

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

Yenixeber.org: Sabiq rektorun fəaliyyəti ilə bağlı təhsil ekspertləri arasında keçirdiyi sorğunu təqdim edirik:

Etibar Əliyev: “Abel Məhərrəmov 19 il rektor vəzifəsində çalışıb. O, universitetdə ən uzun müddət rektor vəzifəsində çalışan insan olub. Hətta akademik Faiq Bağırzadədən də 2 il çox bu vəzifədə qalıb. Bu gün BDU-da təhsilin keyfiyyəti göz önündədir. Təkhakimiyyətlilik kimi vəziyyətlər A.Məhərrəmovun idarəçiliyinin əsas elementləri olub.

Düşünürəm ki, son dövrlər ali təhsil müəssisələrinə təyin olunan yeni rektorlar çox ciddi islahatlar aparırlar və onlar ən azından həmin universitetləri böhrandan xilas etdilər. Yeni təyin edilən rektorların sayəsində bir çox universitetdə korrupsiyanın kökü kəsildi, bir sıra elm və təhsil layihələrinə imza atıldı. Ancaq yenə də təkrar edirəm ki, istər islahatlar, istərsə də təhsilin keyfiyyətinin yaxşılaşdırılması və digər mühüm işlər BDU-da müşahidə olunmadı”.

Kamran Əsədov: “Mənim Bakı Dövlət Universitetində tələbəlik, magistr, doktorantura illərim Abel müəllimin rektorluğu dövrünə təsadüf edib. Abel müəllim həmişə problemli tələbələri uzaqlaşdırmağa, azad fikirli şəxslərin universitetdən kənarlaşdırılmasına cəhd edib. Əlbəttə ki, rektor kimi zaman-zaman tələbələrin xeyrinə addımlar atıb. Amma mən öz təcrübəmdən deyim ki, 2012-ci ildə doktorantura imtahanında tam əsassız olaraq kəsildim, 2013-cü ildə isə yüksək nəticə əldə etməyimə baxmayaraq, məni ödənişli əsaslarla qəbul etdilər, məndən aşağı nəticə göstərən isə rəhbərliyin tanışı idi deyə, ödənişsiz oxudu. BDU-da tapşırıq, kiminsə tanışı, qohumu olduğuna görə işə qəbul edilmə, irəli çəkilmə halları adi fakta çevrilmişdi. Daha çox işə qəbul edilən, üstünlük verilənlər onun yaxını olması ilə seçilirdi. Eyni zamanda, bu elmi-tədqiqat işlərinin müdafiə edilməsi zamanı da müşahidə edilirdi. Əslində, BDU-da təhsil üçün qeyri-sağlam mühit var di. Təhsilin keyfiyyəti son illərdə enişə doğru idi. Əgər 5-10 il əvvəl yüksək bal toplayanlar BDU-nu seçirdisə, son illərdə təhsilin keyfiyyətindəki enmə abituriyentlərin BDU-ya marağını azaltmışdı. Maksimum bal toplayanlar buranı seçməkdə maraqlı deyildilər. Hesab edirəm ki, yeni rektor qeyd etdiyim nüansları mütləq nəzərə alacaq. Mütərəqqi fikirli şəxsləri universitetə cəlb edib, universitetin imicini yenidən qaldıracaq”.

Nadir İsrafilov: “20 ilə yaxın bir müddətdə BDU kimi tarixi ənənələrə malik bir universitetə rəhbərlik edən bir şəxsin təhsil sahəsindəki xidmətlərini tamamilə inkar etmək ədalətsizlik olardı. Əlbəttə, akademikin ictimai-mənəvi fəaliyyəti ilə bağlı yayılan xoşagəlməz məlumatlar nəinki təhsilimizə, bütövlükdə cəmiyyətimizə heç də başucalığı gətirmir. Digər bir məsələ, 100 ilə yaxın bir dövrdə ali təhsilimizin flaqmanı sayılan BDU son 10-15 ildə tarixi ənənələrini əldən verərək, təşəbbüskarlıq, novatorluq, nüfuzluluq baxımından UNEC, ADAU, ADA, ADPU, BANM və bir çox digər ali təhsil müəssisəsi ilə müqayisədə mövqelərini itirmişdi”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam