Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Abel Məhərrəmova yeni vəzifə verilib

    

Abel Məhərrəmova yeni vəzifə verilib
Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyətinin Bakı Dövlət Universiteti (BDU) Elmi Şurası ilə birgə səyyar iclası keçirilib və BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib.
Yenixeber.org: BDU-dan verilən məlumata görə, akademik A.Məhərrəmov universitetdə bu istiqamətdə görülən işlər, bakalavr, magistr, doktorant hazırlığı prosesi, tədris proqramları, dərsliklər, dərs vəsaitləri və monoqrafiyaların yazılmasına diqqət çəkib, BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahələri və hərbi sənaye istiqamətində tədqiqini və elmi nəticələrini Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıqlar alındığını, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələrinin uğurla yerinə yetirildiyini bildirib.

Məruzədən sonra çıxış edən akademiklər bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindəm danışıb, respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla müştərək dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanmasını təklif ediblər.

AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən respublikada nanotexnologiya istiqamətindəki tədqiqat işlərinin inkişafı və əlaqələndililməsini müəyyən etmək üçün Koordinasiya Şurası yaradılıb və Şuraya rəhbərlik akademik Abel Məhərrəmova həvalə edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam