Beyləqan TŞ-yə rəhbər olmaq istəyən həmkarlar təşkilatı əməkdaşının Vaqif Abdullayevin gedişi ilə arzuları suya düşdü
Beyləqan təhsil sistemində baş verən hadisələr az qala ölkə təhsilindəki problemin mərkəzinə, bəlkə də, ana xəttinə çevrilmə mərhələsindədr. İllərdir ki, bu dövlət qurumu məhz daxili münaqişələr, mediaya kompramat ixracı, qruplararası savaş müstəvisində idarə olunur. 
Yenixeber.org: Sözsüz ki, bu da rayon təhsilinə təsirsiz qalmır. Çünki münaqişəli ocaqlarda özünü xilas etmə tendensiyası olur, kreativ düşüncə yox. Yenilikçi düşüncə yalnız sakin başların məhsulu ola bilər. Ataların təbiri ilə desək Beyləqan təhsilində münaqişə olduğu üçün orada ot belə bitmir. Lakin pul qazanılır. Həm də, kifayət qədər. Amma bu da münaqişələrin səngiməsinə kömək etmir. Əgər münaqişə müstəvisində pul qazanılırsa, nədən səngiməlidir ki? Deməli Beyləqan təhsilindəki münaqişənin ömrü, fərdlərin ömürləri vəfa etdiyi təqdirdə, Fələstin probleminin ömrü qədər ola bilər. Həmən müdaxilə edilməsə. Yəni sonsuza qədər. Məsələnin ən qorxulu tərəfi isə münaqişənin tərəflər arasında gizli müstəvidə aparılmasıdır. Xatırladaq ki, “mən artıq iki ildir ki, o sistemdən uzaqlaşmışam, heç nəyin mənə dəxli yoxdur” - deyən, lakin qruplardan birinə gizli patronajlıq edən Beyləqan təhsil şöbəsinin sabiq müdiri Tofiq Sadıqovdur. Media Tofiq Sadıqovu ilk dəfə “MTN çetesi”nin mətbuat “qolunun” istintaqında tanıdı. Cənab Sadıqovun ikinci tanıtımı isə hal-hazırda Oğuz RPŞ-nin əməkdaşı olan oğlu Samir Sadıqovun törətdiyi əməllər konteksində oldu. Əslində media tanıtımı o qədər ürək açan olmayan bu şəxsin iki il öncədən vəzifəsindən uzaqlaşması və bir müddət sonra yenidən, həm də həmkarlar təşkilatı fonunda gündəmə gəlməsi də maraqlı nüanslarla zəngin oldu. Belə ki, Beyləqandakı mənbədən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Tofiq Sadıqov Beyləqan təhsil şöbəsindəki gizli münaqişənin körükçüsü obrazındadır. Bu yerdə “Mehman” filmindəki bir personajı xatırlamaq da yerinə düşər. Mənbənin bildirdiyinə görə Tofiq Sadıqovun qrupuna Beyləqan rayon, Araz qəsəbə tam orta məktəbin direktoru Tamara Əhmədova və TŞ həmkarlar təşkilatının sorumlusu Tahir adlı şəxs və TŞ-nin müdir müavini Hüsaməddin Babayev daxildirlər. Dəyərli oxucuların nəzərinə onu da çatdıraq ki, hər qrup üzvünün özlərinin də kiçik qrupları var. Bir müddət öncə Hüsaməddin Babyevin qrupunun məhz onun göstərişi ilə rayon məktəblərinə “Səlib yürüşləri” o qədər də uzun müddətə təsadüf etmir. Şabiq şöbə müdiri, hal-hazırda isə rayon həmkarlarının əməkdaşı olan Tofiq Sadıqovun dəstəyi ilə RTŞ-nin həmkarlar təşkilatında çalışan Tahir adlı şəxs müəllimlər üçün nəzərdə tutulan putyovkları haqq sahiblərindən gizlədir. Yəni haqqa girirlər, “haqq” aldıqları üçün. Mənbənin verdiyi məlumata görə “haqqın” məbləği də bir müəllimin bir aylıq əmək haqqı qədərdir. Beyləqan rayon, Araz qəsəbə tam orta məktəbin direktoru Tamara Əhmədovanın yenidən, 1 illik müqavilə ilə direkrorluqda saxlanılmasına nail olan qrup, öz parlaq qələbəsinin eyforiyasındadır. Yəni “əlimiz hətta nazirliyə belə çatır” düşüncəsi. Onu da xatırladaq ki, Tamara Əhmədova artıq 65 yaşını tamam edib. Deməli... Xeyir hələ ki, ölkə qanunlarında təsbit olununan yaş senzi bu xanımın əhatə dairəsinin türklər demiş ötəsindədir. Əlavə olaraq qeyd edək ki, bu həmin Tamara xanımdır ki, rəhbərlik etdiyi orta təhsil müəsisəsindəki maliyyə yeyintisi ilə bağlı nazirliyin də bilavasitə xəbəri var idi. O cümlədən bu xanımla bağlı məhkəmə qərarları da deyəsən TN-nə “unutdurulub”. Və mənbə onu da bildirdi ki, Hüsaməddin Babyevlə alınmayan TŞ müdirliyi kreslosuna, məlum qrup bu dəfə həmkarlar təşkilatının görəvlisi Tahir adlı şəxsi hazırlayır. Çünki adamlar atdıqları addımın məhz nazirlikdə hələ ki, adı sirr olan dostlarının adından edirlər. Yuxarıda qeyd edilən kimi Tamara Əhmədovanın vəzifəsndə qalması əslində qrupun daha “yuxarılarda” himayə olunduğunu təsdiq edən amildir. Düzdür Vaqif Abdullayevin vəzifə olimpindən salınması Tofiq Sadıqovu “xəstələndirib”, lakin... Məlumatda o da bildirlir ki, Tahir adlı şəxsin TŞ müdirliyi məsələsi ilə bağlı hətta Beyləqan rayon İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Abdullayevin razılığı belə alınıbmış. Lakin bu dəfə də “sən saydığını say” – el məsəli arzuları son bahar leysanıtək yuyub apardı. Yəni cənab Prezidentin Vaqif Abdullayevin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı Sərəncamı qrupun arzusunu qursağında qoydu. Vaqif Abdullayevin timsalında ən böyük tərəfdaşlarını itirən qrup, hələ ki, gözləmə mövqeyindədir. Təhsil nazirliynin Beyləqan rayon TŞ-də baş verənləri seyriçi möqedən, həm də lojadan müşahidə etməsi də maraq doğuran nüansdır. Cənablar və ya xanımlar hikkə ilə idarəçilik olmur. Hikkənin sonu xətadır. Axı məhz sizin atalar deyib, “hikkəli başda ağıl olmaz”. O halda ölkənin həssas nöqtələrindən birinin təhsil sistemində baş verənlər konteksində körpələrimizi, gənclərimizi hara yuvarlayırsınız?(Conflict.az) 
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.