Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beyləqan təhsilində “yoxlama xəstəliyi”-“P əməliyyatı”



 
Hüsaməddin Babayevin “P əməliyyatı”, yoxsa yeni nazirə ilk sürpriz

Yenixeber.org: Ataların gözəl bir sözü var-“Şər işim olsun, içindən xeyrim çıxsın.” Bu sözü heçdən xatırlatmadıq, çünki Beyləqan təhsilindən gələn xəbərlərə qulaq verəndən sonra başqa söz tapmadıq. Rubrika.az saytı bildirir ki, verilən məlumatlara görə bu günlərdə Beyləqan təhsili qan ağlayır, çünki bir qrup mənsəb sahibi rayonda sözün əsl mənasında “qan-qan” deyir.
İndi keçək əsl mətləbə. Məlumunuz olsun ki, bu aralar, qan qaynayan vaxt olduğu üçün Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova səhhəti ilə əlaqədar olaraq məzuniyyətə çıxıb. Elə rayonun pedaqoji ictimaiyyəti üçün də əsl həngamə bundan sonra başlayıb. Heç əvvəllər də Təhsil Şöbəsinin əlindən bir xoş gün görməyən rayon məktəbləri indi əsl fəlakət yaşayırlar. Müdirin məzuniyyətə çıxmasından sonra onu əvəz edən müavini Hüsaməddin Babayev məktəblərə “qan uddurur”. Müdir əvəzinin formalaşdırdığı “trio” isə məktəblərdə “ciddi yoxlamalara” başlayıblar. Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət olan bu “üçlük” məktəbləri “yoxladıqdan” sonra hallı-hallına görə prinsipi ilə “dinməver” vergisi kəsirlər.
Verilən məlumata görə müəllimlərin və şagirdlərin sayından asılı olaraq 300 manatdan 1000 manata qədər “dinməver” kəsilir. Direktorların “P əməliyyatı” adlandırdıqları bu yoxlamalar isə artıq məktəblərdə ciddi narazılıq formalaşdırıb. Müdirin xəstələnməsindən maksimum yararlanmaq istəyən Hüsaməddin Babayev isə Xuraman xanımın naxoşluğunun bədəlini müəllimlərə ağır ödətdirir. Beyləqanın 53 məktəbi müdirin “xəstələnməsindən” sonra Təhsil Nazirliyinin təcili yardımına ehtiyac duyurlar. Çünki, Hüsaməddin Babayevin “troyka”sı bir az da belə davam etsə Beyləqan təhsilinin özünü xəstəlikdən sağaltmaq mümkün olmayacaq. Yəqin ki, belə “xəstəliklər” heç yeni nazir Ceyhun Bayramova da lazım deyil.

Nicat Mahmudov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam