Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik jurnalistlər üçün mediatur təşkil edib

    

 
Oktyabrın 4-də Cəlilabad və Masallı rayonlarına mediatur təşkil olunub. 

 Yenixeber.org: Mediaturun keçirilməsində məqsəd 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaqdır.
Əvvəlcə mediatur iştirakçıları Cəlilabad rayonunda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəbinə baş çəkiblər. 

Məktəbin direktoru bildirib ki, məktəb 6 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.

Mediatur daha sonra Masallı rayonunda davam edib. Orada yüksək bal toplayan müəllimlərlə görüş keçirilib və onların dərsləri izlənilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam