Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Bütün məktəblərin hərbi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub”

 

Ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetlərinin müasir avadanlıqlıqlarla təmin edilməsi üçün Təhsil, Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma zavodu arasında müqavilə imzalanıb.

"Xeberinfo.com":  Müqaviləyə uyğun olaraq 50 pilot məktəbin gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetləri müasir standartlara  cavab verən təlim üçün nəzərdə tutulmuş avadanlıqlarla təmin edilib.

 

Publika.az -ın məlumatına görə,  bu fikirlər Təhsil Nazirliyinin 31 mart Azərbaycanlıların Soyqrımı  günü ərəfəsində Bakının 194 saylı məktəbinə  təşkil etdiyi mediatur zamanı səsləndirilib.

 

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib ki, mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etməkdir. Bu cür görüşlər həmçinin məktəblilərin vətənpərvər ruhda tərbiyəsinə tövhə verməkdir. C.Valehov onu da bildirib ki, hazırda 50 məktəbdə pilot layihə formasında həyata keçirilsə də, gələcəkdə bütün məktəblərin hərbi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub:

 

“Bu birbaşa Təhsil Nazirliyinin sahəsidir. Bu işlər təhsil naziri Mikayıl Cabbarovun göstərişi əsasında icra olunur”.

 

Qeyd edək ki, KİV nümayəndələri ilə yanaşı tədbirə QHT nümayəndələri, Şəmistan Nəzirli, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev iştirak edib.

 

Mediatur çərçivəsində qonaqlar məktəbin çağırışaqədərki hərbi hazırlıq kabineti ilə tanış olub, dərs prosesini izləyiblər. Bütün məktəblərdə Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetlərindəki bütün avadanlıq və silahlar Müdafiə Sənayesi Nazirliyinin istehsalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam