Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Valideynlər bağlanmış litseydən izahat tələb etdilər:“40-50 min manat təhsil haqqı ödəmişik”



“İstək” litseylər şəbəkəsinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçinin Təhsil Nazirliyinə müraciətindən sonra bu gün “İstək” Beynəlxalq Məktəbində təhsil alan şagirdlərin valideynləri aksiya keçirərək rəhbərlikdən açıqlama tələb ediblər.

Yenixeber.org: Bu barədə valideynlər məlumat veriblər. Onların sözlərinə görə, qərar gözlənilməz olub. Çünki bir neçə gün əvvəl litseyin əməkdaşı zəng vuraraq valideyn-litsey arasında bağlanılan müqavilənin təcili yenilənməsini istəyib. Bir çoxları növbəti ilin təhsil haqqını əvvəlcədən ödəyib, bəziləri isə avans veriblər. Həmin vaxt məktəbin bağlanılacağı haqda məlumat verilməyib.

Litseyin illik ödənişi 10 min manatdan yüksəkdir, təhsil ingilis dilində aparılıb. Valideynlər deyirlər ki, təhsil proqramı fərqli olub. “Biz indiyədək litseyə 40-50 min manat təhsil haqqı ödəmişik, amma təsisçi bizə əvvəlcədən xəbər vermədən bağlanılmasını istəyib. Xahiş edirik ki, məktəb Təhsil Nazirliyinin tabeliyinə verilsin, lakin əvvəlki tədris proqramı tətbiq edilsin. Biz dövlətə illik ödəniş edək. Bizim uşaqlar beynəlxalq olimpiadalarda qızıl medallar qazanıblar”, - valideynlərdən Sevda Məmmədova deyib.

Məktəbin direktoru valideynlərlə görüşdə bildirib ki, litseyin daxili problemləri olub, buna görə də, Təhsil Nazirliyinə müraciət edilib. Lakin təsisçinin belə bir addım atacağından litsey rəhbərləri də məlumatsız olublar. Litsey təsisçisinin kimliyi açıqlanmır, valideynlərinin israrlarına baxmayaraq həmin şəxs haqqında məlumat verilmir. “Bizim uşaqlar dövlət təhsil müəssisələrinin proqramlarını bilmirlər. Nazirlikdən xahiş edirik, təsisçi və ya məktəbin adı dəyişsin, bizim uşaqlar yenə bu litseydə oxusunlar”, -şikayətçilər deyiblər. Onlar təsisçidən indiyədək ödənilən təhsil haqqlarını geri istəyəcəklərini də bildiriblər.

Bakı ŞəhərTəhsil İdararəsinin əməkdaşı məktəbə gələrək valideynlərin şikayətini dinləyib. Valideynlərə tezliklə məktəblə bağlı açıqlama veriləcəyi vəd olunub.

Qeyd edək ki, litseyin adı ötən ilin noyabrında Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində çəkilmişdi. Həmin sammitdə litseyin 9-cu sinif şagirdi Reyhan Camalovanın yağışdan elektrik enerjisi əldə etmək üçün hazırladığı qurğu-modelin layihəsi nümayiş etdirilmişdi və şagirdə ABŞ prezidenti Donald Trampın qızı İvanka tərəfindən mükafat verilmişdi.

Əvvəlki adı “Dədə Qorqud” olan bu litsey əvvəllər Fətullah Gülən təriqətinin təhsil müəssisələri şəbəkəsinə daxil olub. Lakin Türkiyədə fətullahçılara qarşı genişmiqyaslı mübarizənin başlanmasından sonra Azərbaycanda da bu təriqətin məktəblərinin, o cümlədən ali təhsil müəssisələrinin mülkiyyətçisi dəyişdi. İndi isə litsey ümumiyyətlə fəaliyyətini dayandırıb. Azərbaycanda cəmi 12 "İstək" litseyinin fəaliyyət göstərdiyi məlumdur.(virtualaz)

Ülviyyə Xudiyeva




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam