Lerikdən sonra Beyləqandan məktəblinin zorlanması xəbərinin gəlməsi hiddət doğurub; Sosial şəbəkələr çalxalanır. Amma Təhsil Nazirliyi “ağzına su alıb” oturub...
Yenixeber.org: Məlumatda deyilir ki, Beyləqan təhsil şöbəsinin qalmaqallı müdiri Xuraman Rüstəmovanın bu işdə adı keçməsinə baxmayaraq, nazirlik yenə susur.
Söhbət ondan gedir ki, Beyləqanda 16 yaşlı, həddi-buluğa çatmayan məktəbli N.X. iki uşaq atası Qubadov İlkin Qubad oğlu tərəfindən qaçırılaraq zorlanıb.
Azyaşlının atası Əvəz Nəcəfov bakunews.az-a bildirib ki, qızı N.X 10-cu sinifdə oxuyur. Ən böyük arzusu 11-ci sinifi bitirib gələn il ali məktəbə qəbul olmaq idi.
İyunun 11-də repititor yanına getmək məqsədilə evdən çıxan qızı, Beyləqanda əlil və şəhid ailələri üçün tikilmiş binanın yanından keçərkən hənirtiyə çevrilib baxır.
Bu zaman qarşısında İlkin Qubadovu görür. Beyləqanda böyük biznes şəbəkələri və fermaları olan İlkin bir neçə gün öncə qızının qarşısını kəsərək onu sevdiyini deyib.
Qızı İlkinin bu hərəkətlərinə görə onu şiddətlə qınayıb. Bu zaman İlkin qızına kimsəyə bir söz deməməyi tapşırıb.
“Məndən və anasından utanan övladım bu hadisə haqqında bizə də danışmayıb. İyunun 11-də İlkin yenidən qızıma yaxınlaşıb və iyrənc təklifini təkrar edib.
Qızım onu sərt sözlərlə rədd etdikdə isə o bir az kənarda dayanmış ağ rəngli “VAZ-2107” markalı avtomobilə işarə verib.
Həmin avtomobilin sahibi İlkinin yaxın qohumu Süleymanov Elşən Allahyar oğlu avtomobili onların yanına sürür.
Fiziki görkəmcə cılız olan qızımı zorla maşına əyləşdirirlər. Sonradan qızımın söylədiyinə görə avtomobilin yan şüşələri də tamamilə pərdə ilə örtülü olub.
Bu da onu göstərir ki, hadisə əvvəlcədən planlaşdırılıb. İlkin qohumunun avtomobilini özlərinə məxsus fermaya sürdürür”,-deyə azyaşlının atası qeyd edib.
Bu hadisə nə orta əsrlərdə, nə XIX əsrin əvvəllərində baş verməyib. XXI əsrdə, texnologiyanın inkişaf etdiyi bir dövrdə günün günortçağı məktəbli qaçırılır və zorlanır.
Uşağın atası deyib ki, fermanın olduğu ərazidə sovet dönəmindən qalma iki mərtəbəli ev var: “Qızım maşından özünü yerə atmaq istəyəndə İlkin onu silahla hədələyib.
Və qızıma bildirib ki, əvvəlcə onu, sonra məni, anasını və qardaşını öldürəcək. Fermada onları Bahadur adlı çoban və onun həyat yoldaşı qarşılayıb.
Onu da qeyd edim ki, qızımın qaytarılmasından sonra müstəntiqin Bahadura “bəs sən nə üçün İlkinə mane olmadın?” – sualına, o, “İlkin fermaya tez-tez kafelərdən əxlaqsız qızlar gətirir. Elə bildim ki, bu qız da onlardandır.” – cavabını verərkən özüm eşitdim.
Fermada İlkin azyaşlı qızıma dərman verib. Sonra o qızıma iki ədəd dolmanı məcbur yedizdirib və su içirib. Qızım sonradan bildirdi ki, o daha nəyin baş verdiyini xatırlamır.
Mən qızımın qaçırıldığını eşitdikdə dərhal evə gəldim. Qohumlara zəng etdik. Onlarla birlikdə rayon polis şöbəsinə gedərkən yolda İlkinin yaxın qohumu Rahil Əliyev bir neçə nəfərlə bizim qarşımızı kəsdi.
Biz onlara yaxınlaşanda onlar İlkinə məxsus qara rəngli “Prado”da oturmuşdular. Rahil mənə hadisə ilə bağlı polisə şikayət etməmyi bildirdi və əlavə etdi ki, lazım gələrsə razılaşarıq. Bu sözlərdən sonra mən ona bildirdim ki, ölkədə qanunlar var və İlkin mütləq cəzalanmalıdır.
Mənim qızım hələ azyaşlıdır. O isə iki uşaq atasıdır. Xatırladım ki, Rahil qızımın başına silah dirəyib ona guya öz arzusu ilə gəldiyini etirafa məcbur edənlərdən olub”.
Mən Beyləqan RPŞ-nin rəis müavini, cinayət axtarış şöbəsinin rəisi Akif Nəsirovla görüşdüm və hadisə ilə bağlı ona məlumat verdim. Məni laqeyidliklə dinləyən Akif Nəsirov bildirdi ki, qrup yaradıb məsələni araşdırarıq.
Mən onun laqeyidliyinə etiraz edəndə isə rəis müavini üstümə çımxıraraq bildirdi ki, biz indi Avropa standartları ilə işləyirik, məhkəmə qərarı olmasa kimsəni həbs edə bilmərik. Sonradan öyrəndim ki, Akif Nəsirov İlkinin atası Qubadın xalası oğludur”.
Mən ekspertiza tələb etsəm də, Beyləqan RPŞ-nin rəhbərliyi buna ehtiyac olmadığını dedilər”.
Qızın atası rayon təhsil şefi X.Rüstəmovanı da ittiham edir. Onun sözlərinə görə, məktəbin kollektivi polis və prokurorluğa gələrək rəsmi müraciət ediblər:
“Lakin Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin şəxsi tapşırığı ilə rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova həmin müəllimlərə təzyiq etməyə başlayıb.
Xuraman Rüstəmova müəllimlərə işdən çıxmaları ilə bağlı hədələyib. Bu isə müəllim kollektivini xeyli hiddətləndirib.
Onu da bildirim ki, artıq Beyləqanda qızları yuxarı sinifdə oxuyan valideyinlər övladlarını məktəblərdən çıxarmaq istəyirlər”.
Bu tükürpədici cinayət mütləq şəkildə araşdırılmalı və obyektiv hüquqi qiymət verilməlidir.
Amma bəlli olur ki, rəis müavini öz xalası oğlunu qoruyur, polis oğlu polisi bıçaqlayan təhsil müdiri X.Rüstəmova isə bu məsələdə öz borcundan çıxır, icra başçısı da baş qahmarçıdır.
Görəsən, qız qaçırılması və zorlamaya məmurlar normal münasobət bəsləyirlər? Onların başına bu əhvalat gələrsə, hansı şəkildə cəzalandırırarlar?
Niyə bir məktəblinin həyatını məhv edirsinz? Nə üçün mənəviyyat və qanunlar tapdaq altına alınaraq evli adam müdafiə olunur? Bu, rüsvayçılıqdır, dözülməzdir.(fia.az)