Beyləqanda təhsil adına rəzalət
Xuraman Rüstəmova 5 aya 100 000-ni necə toplayıb...
Xeberinfo.com: Xatırlayırsınızsa, qəzetimizin ötən saylarından birində “Nurçular Beyləqan təhsilinə nüfuz edirlər” sərlövhəli tənqidi yazı dərc olunmuşdu. Həmin yazıda bir müddət əvvəl Beyləqan şəhər 3 saylı orta məktəbinin direktoru çalışan Xuraman Rüstəmovanın Beyləqan Rayon Təhsil Şöbəsinin rəhbərliyinə gətirilməsinin bəzi təfərrüatları barədə açıqlamalar təqdim olunmuşdu. Biz göstərmişdik ki, hələ direktor olduğu zaman Xuraman xanımın davamlı olaraq yol verdiyi özbaşınalıqlar səbəbindən 3 saylı orta məktəbin bir qrup müəlliməsi RTŞ-yə şikayət etmişdilər. Lakin o vaxt şöbənin müdiri olan Tofiq Sadıqov buna cavab olaraq bildirmişdi ki, o, Xuraman xanıma “bata bilmir” və yaxşı olar ki, müəllimələr öz şikayətlərini Rayon İcra Hakimiyyətinə təqdim etsinlər. Hadisələrin sonrakı inkişafı və xüsusən də yeni posta təyinat isə göstərdi ki, Beyləqan RİH başçısı Vaqif Abdullayev şəxsən özü Xuraman Rüstəmovanın fəaliyyətindən heç də narazı deyil. Bəzi mənbələr isə, məktəb direktorunun malik olduğu bu “toxunulmazlıq statusunu”, qismən də onun iki oğlunun rayonda kifayət qədər nüfuzlu vəzifələrə sahib olmaları ilə izah edirdilər. Belə ki, Xuraman Rüstəmovanın bir oğlu, Yasin Əliyev Beyləqan rayon məhkəməsində sədrin köməkçisi, digər oğlu Elgün isə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsində çalışırlar. Qeyd etmək lazımdır ki, bundan əvvəl aldığımız açıqlamalarda Xuraman xanımın övladlarının da yol verdikləri özbaşınalıqlar səbəbindən rayon ictimaiyyətinin diqqətni daim özlərinə cəlb etdikləri vurğulanmışdı. Yeri gəlmişkən, bir müddət əvvəl, hələ bu təyinata hazırlıq işləri aparılarkən, ölkə mətbuatında daha ciddi ittihamlar da yayımlanmışdı. KİV-ə açıqlama verən mənbə bildirmişdi ki, Beyləqanda nurçuluq təriqətinin təbliğatı ilə məşğul olan bir qrup şəxs tərəfindən Xuraman Rüstəmovanın RTŞ müdiri postuna təyinatını təmin etmək üçün 70 min manat pul ayrılıb.
İstənilən halda, bu gün artıq Xuraman Rüstəmova Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri olaraq fəaliyyətini davam etdirir. Buna paralel olaraq isə, rayondan bu şöbənin, eləcə də şəxsən Xuraman xanımın işində müşahidə olunan ciddi nöqsanlar barədə açıqlamalar da KİV-ə daxil olmaqda davam edir. “Ərköyün oğlunun tələblərinə qarşı gələ bilməyən Təhsil Şöbəsinin müdirəsi bir ay əvvəl 5 min manat xərclədiyi 10 OC 099 nömrəsini, bir ay sonra 10 min manatlıq 10 CB 002 nömrəsi ilə əvəzləyib. Əgər Xuraman Rüstəmovanın oğlu 70 min dollarlıq maşını və 10 min manatlıq nömrə ilə sosial şəbəkədə nümayişkəranə şəkildə lovğalanıb insanlara qıcıq verirsə, bunun qarşısını Təhsil naziri cənab Mikayıl Cabbarov almalıdır...” – bu iddia da həmin o daxil olan etiraz xarakterli müraciətlərdə yer alan açıqlamalardan biridir. Həm də açıqlamanın davamı, RTŞ müdirinə qarşı irəli sürülən ittihamların sadəcə “ərköyün oğulun qıcıqları” ilə bağlı olmadığını məlum edir: “Dörd ay əvvəl Beyləqan Rayon Təhsil Şöbəsinə müdir təyin olunan Xuraman Rüstəmova oğluna aldığı avtomobil üçün 100 min manatı məktəb direktorlarından zorla toplayıb. Qeyd edək ki, Xuraman Rüstəmovanın oğlu Tural Əliyev bir ay əvvəl 70 min dollarlıq avtomobili ilə “Facebook” sosial şəbəkəsindəki səhifəsində şəkillər paylaşmışdı. Həmin məlumat yayıldıqdan sonra Xuraman Rüstəmovanın oğlanlarına məxsus “Facebook” profilləri bağlandı. 70 min dollarlıq avtomobil xəbərinin ictimailəşməsindən sonra qorxuya düşən təhsil şöbəsi müdiri oğlanlarına profillərini bir müddət bağlamağı tapşırıb. Qeyd edək ki, şöbə müdirinin oğlu Tural Əliyev Beyləqan rayonunda “Polisə Dəstək” İctimai Birliyində işləyir və maaşı cüzidir. Yəni Tural Əliyev yeməsə-içməsə və maaşını 10 il toplasa, yenə o maşını almağa pulu yetməzdi. Amma buna baxmayaraq, Xuraman Rüstəmovanın oğlu hər gün 70 min dollarlıq maşını ilə Beyləqanda avtoşluq edir. Bəzən onu böyük qardaşları da əvəz edirlər. Şöbə müdirinin 70 min dollara “Lexsus” almasından cuşa gələn digər oğlanları Elgün və Yasin Əliyevlər də, gecə yarısı Beyləqan şəhərinin mərkəzi küçələrində əməlli-başlı avtomobil şousu göstərirlər...”
Xatırladaq ki, Xuraman Rüstəmova oğluna "Lexus LX570" marakalı avtomobili almazdan bir neçə həftə öncə, ölkə mətbutında Beyləqan RTŞ müdirinin məktəb direktorlarından 1000 -1500 manat arasında pul toplaması haqqında məlumat yayılmışdı. Məlumatı isə, mətbuata bu yığımlardan narazı olan məktəb direktorlarının ötürdüyü bildirilirdi. Bahalı avtomobil fotolarının
sosial şəbəkələrdə yayımından sonra isə, artıq mətbuata konkret ittihamlar səsləndirilən açıqlamalar daxil olmağa başladı. Həmin məlumatlardan birində deyilir: “Aydındır ki, Xuraman
Rüstəmovanın maaşı 70 min dollarlıq avtomobil almaq üçün yetərli deyil, o zaman təbii olaraq ortaya sual çıxır. RTŞ müdiri və ailəsi bu qədər vəsaiti hardan və necə qazanırlar? Bu sualın cavabını təbii ki, hər kəsdən əvvəl hüquq-mühafizə orqanları, xüsusən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi verməlidir. Hər halda onların aparacağı araşdırma Xuraman Əliyevanın bu qədər pulu hardan qazandığına bir aydınlıq gətirə bilər. Digər tərəfdən, Xuraman Rüstəmovanın 5 aylıq fəaliyyəti Təhsil Nazirliyi tərəfindən də araşdırılmalı və bu xanımın bu qədər pulu hardan qazanması Təhsil Nazirliyinin də maraq daxilində olmalıdır. Bütün hallarda Təhsil naziri cənab Mikayıl Cabbarov öz işçisinin 5 ay müddətində bu qədər var dövləti hardan qazanması ilə maraqlanmalıdır. Onu da qeyd edək ki, hazırda ölkədə iqtisadi problemlər var və xüsusən rayonlarda əhali çox kasıb durumda yaşamaqdadır. Beyləqan rayonu isə, ölkənin ən kasıb rayonlarından biri hesab olunur. Məmurların sağa-sola pul dağıtmaları, dövlətin və vətəndaşların cibindən oğurladıqları var-dövlətlərini aşikaranə şəkildə nümayiş etdirmələri isə, xalq arasında ciddi qıcıq yaradır. Məsələ orasındadır ki, Xuraman Rüstəmova kimi məmurlar dövləti və xalqı soymaqla yanaşı, eyni zamanda əhalini də hakimiyyətdən narazı salan əsas faktor olaraq çıxış edirlər. Bununla bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib. Ancaq görünür ki, prezidentin xəbərdarlıqları dövləti talan etməklə böyük sərvət qazanan məmurlara çatmır. Belə ki, Xuraman Rüstəmova təhsil şöbəsi müdiri təyin olunduqdan sonra ümumilikdə hər bir məktəb direktorundan 4-5 min manat arasında vəsait yığdırıb. Yəni ayda minimum 1000 manat. Bu vəsaitin bir hissəsi icra başçısı Vaqif Abdullayevin təhsil şöbəsi müdirindən pul tələb etməsi, Hesablama Palatasının yoxlamaya gəlməsi və Prezident İlham Əliyevin Beyləqana səfərinə hazırlıq adı altında yığılıb...”
Razılaşın ki, məhz bu son iddialar Beyləqan təhsilində vəziyyətin artıq həqiqətən də rüsvayçı bir duruma gəldiyindən xəbər verir.(Bizimdovr.az)
Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.