Eks başçı və kürəkəni üsyan hazırlayır - Beyləqanda gərginlik
Beyləqanın sabiq icra başçısı Xasay Əhmədov kürəkəni, hazırda Beyləqan şəhər Bələdiyəsinin sədri Novruz Quliyevin başçı təyin edilməsi üçün hərəkətə keçib.
Xeberinfo.com: Beyləqandan verilən bilgilərdə belə deyilir.
Əvvəlcə xatırladaq ki,, Xasay Əhmədov 10 il Beyləqan rayonuna başçılıq edib. Onun başçılıq dövrü isə Beyləqanlılar eks icra başçısını heç də yaxşı xarakterizə etmirlər. «İşlədiyi 10 il müddətində Beyləqanda bir daşı belə olsun daşı üstünə qoymayan, qurub yaratmayan Beyləqan və beyləqanlılara zülüm edən, rayonu təpədən dırnağa qədər söküb talayan, insanları aşağılamaqla söyüb təhqir edən Xasay Əhmədov.»
Nəhayyət ki, 2005-ci ildə fəaliyyəti əhali tərəfindən narazılıq doğuran Xasay Əhmədovun 10 illik hökmranlığına son qoyuldu, Beyləqan Xasay Əhmədov zülmündən və əsarətindən xilas oldu. Hətta o vaxtlar rayon ictimayyəti arasında belə bir söz – söhbətlərdə dolaşırdı ki, X. Əhmədovun vəzifəsindən azad edilməsindən xəbər tutan rayon sakinləri onun evini daş- qalağ edərək rayondan da qovublar. Daha sonra belə bir söz-söhbətlər də dolaşdı ki, Xasay Əhmədov oğlu Xəqani Əhmədovu rayona icra başçısı təyin edilməsi üçün bəzi yüksək çinli məmurlarla da danışıqlar aparıb. Lakin Xasay Əhmədovun adının hakimiyyətin «qara siyahısın»da yer alması bu planı alt-üst edib.
Bu günləri Beyləqandan Sonolay.org-a daha bir ilginc məlumat daxil olub. Özəl mənbələrdən verilən ilginc məlumatlarda bildirilir ki, Xasay Əhmədov bu gün də öz prinsipal mövqeyində dayanaraq kürəkəni (qızının həyat yoldaşı) Novruz Quliyevin rayona icra başçısı gəlməsi üçün çalışır.
Qeyd edək ki, diş həkimliyindən şəhər Bələdiyyəsinə transver olunan və bələdiyyə torpaqlarını qeyri-qanuni hərracdan kənar öz şəxsi mənafeləri üçün icarəyə verən və bu yolla özünə top dağıtmaz varidat yığan Novruz Quliyev, indi də başçı olmaq sevdasına düşüb. Buna görə də, N. Quliyev rayonda icra başçısına qarşı «qara piar» konpaniyası aparıar.
İddia edilir ki, Novruz Quliyev qaynatası Xasay Əhmədovun vasitəsi ilə icra başçısına qarşı müxtəlif planlar həyata keçirir. Rayonun bəzi «demoqoqlarını» ətrafına toplayaraq, onların vasitəsiylə icra başçısı barəsində yuxarılara heç də xoş olmayan ifadələr yazdırmaqla vətəndaş narazılığını əks etdirən şikayət məktubları və teleqramalar vurdurur.
Mənbə iddia edir ki, Novruz Quliyev rayonda vətəndaş narazılığını əks etdirən etiraz dalğası hazırlayır. Bu isə hakimiyyətlə icra başçısı arasındakı nüfuza təsir edəcək amillərdəndir. Bu haqda isə növbəti gündə daha geniş yazacağıq. Odur ki, icra başçısı ehtiyatlı olmalı, ətrafındakı məmurların hərəkətlərinə diqqətlə göz qoymalıdır.
P.S. Novruz Quliyev kimlərin əli ilə icra başçısı və polis rəisi barəsində prezidentə müraciət hazırladır? Həmin müraciətdə nələr yazılacaq? Hansı vəzifəlilər icra başçısının və polis rəisinin rayondan getməsinə səylər göstərirlər?
Bu və digər məlumatlar barəsində növbəti irəlləyən günlərdə oxuya biləcəksiniz.
Qarşı tərəfində söz haqqını tanıyırıq.