Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Erməni faşizmi ilə bağlı kitabın təqdimat mərasimi keçirilib

 

 Dosent, filosof Əmirəli İsmayılovun müəllifi olduğu “Erməniliyin və erməni faşizminin idelogoiyası, fələsəfəsi və cinayəti” adlı kitabın təqdimat mərasimi keçirilib


Yenixeber.org:  Azərbaycan Pedoqoji Universitetində baş tutan təqdimat mərasimində bu ali məktəbin rektoru Cəfər Cəfərov qeyd edib ki, nəşr bir sıra tarixi faktlar əsasında qeydə alınıb, kitabın əhatə etdiyi mövzu həcminə və faktalrına görə indiyə qədər yazılmış ilk əsərdir.
Rektorun sözlərinə görə, kitabın rus dilində olması onun daha geniş auditoriya üçün nəzərdə tutulması məqsədini daşıyır.
Kitabın müəllifi Əmirəli İsmayılov isə bildirib ki, kitabda erməni faşizminin tək Azərbaycana qarşı yox, ümumiyyətlə regionda digər etniklərə qarşı baş verməsi və bunun idelogiyaya çevrilməsi ilə bağlı faktlar yer alıb. Müəllif təəssüflə qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğal faktına görə təqdqiatçılar tərəfindən yetərincə işlər görülməyib, arxivlər araşdırılmayıb. Daha sonra müəllif kitabla bağlı faktlar üzrə şərhlər verib.
Çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı samballı hədiyyədir. O qeyd edib ki, müəllif Əmirəli ismayılovun toxunduğu mövzu hazırda milli ideoloji mübarizədə ən həssas məqamdır: “Hesab edirəm ki, Əmirəli müəllimin ortaya qoyduğu faktlar bu sahədə bizim üçün tutarlı arqmentlər ola bilər”. Komitə sədri 90-cı illərin əvvəlində azərbaycabndakı mövcud durum və Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə milli ideloloji cəbhənin möhkəmlənməsində də danışaarq bunun tədqiqatlarda yer almasını vacib amil hesab edib.
Daha sonra çıxışçılar əsər ilə bağlı fikir bildiriblər. Təqdimatda alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam