Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Mikayıl Cabbarov:Hər bir dərsliyin istifadə müddəti 4 ildir

Azərbaycanda sentyabrın 15-də 60-a yaxın modul məktəb istifadəyə veriləcək. Bu ilin sonuna kimi 100 modul məktəbin istifadəyə verilməsi planlaşdırılır.

Yenixeber.org: Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

O qeyd edib ki, ümumilikdə yeni tədris ilinə hazırdılar. Tədris ilinə hazırlıq məqsədi ilə yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib.

Nazir əlavə edib ki, Azərbaycanın qanunvericiliyə uyğun olaraq hər bir dərsliyin istifadə müddəti 4 ildir və 4 ildən bir də həmin dərsliklər çap edilir: "Hər il qanunvericiliyə uyğun olaraq həm yeni dərsliklər, həm də 4 illik istifadə müddəti tamam olan dərsliklərin çapı həyata keçirilir".

M.Cabbarovun sözlərinə görə, bu ildə də əldə edilən ən mühüm nəticələrdən biri müəllim peşəsi nüfuzunun tam bərpasıdır: "Bunu müəllimlərin işə qəbul imtahanlarında iştirak edən namizədlərin sayından görürük. Bu il 49 min namizəd müsabiqəyə qatılıb, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi. Müəllimlik ixtisaslarını seçən abituriyentlərin ballarının da artdığını müşahidə edirik. Əgər əvvəllər 500-600 balla müəllimlik ixtisasına gedən abituriyentlər yox idisə, bu gün yüksək balla həmin ixtisasları seçənlərin sayı 100-lərlə ölçülür".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam