Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Maliyyə-İqtisad Kollecində imtahan ədaləti sual altındadır -Köhnə “ab-hava” dağıdılmır

 
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov son illər ali təhsil sistemində imtahanların şəffaf keçirilməsi, qiymətləndirmədə obyektivliyin qorunması istiqamətində ardıcıl mövqe nümayiş etdirir. UNEC-də tətbiq olunan elektron imtahan mexanizmləri, nəzarət tədbirləri və ictimai hesabatlılıq cəmiyyət tərəfindən də müsbət qarşılanır. Lakin təəssüf ki, bu islahat ruhu Azərbaycan Dövlət İqtisad Universiteti-nin nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində hələ də tam bərqərar olmayıb.
Yenixeber.org: Redaksiyamıza daxil olan müraciətdən aydın görünür ki, kollecdə illərdir formalaşmış köhnə “ab-hava” qorunub saxlanılır və bu, xüsusilə imtahan proseslərində özünü açıq şəkildə büruzə verir.
 
Daxil olan məlumatlarda bildirilir ki, kollecin tədris hissə müdiri İlham Abbasov imtahanlar ərəfəsində bəzi tələbələrin,özünün şəxsi maraqlarına uyğun olaraq imtahanqabağı giriş ballarının süni şəkildə artırılmasına nail olur. Bu cür hallar ali və orta ixtisas təhsili sistemində bərabərlik prinsipini, akademik dürüstlüyü və qanunvericiliyin tələblərini kobud şəkildə pozur.
Söhbət artıq sadəcə daxili intizam pozuntusundan deyil, təhsildə korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və təhsil hüququnun tapdanması kimi ağır hüquqi məsuliyyət yaradan əməllərdən gedir. Bu isə nəinki kollecin, ümumilikdə dövlət təhsil siyasətinin nüfuzuna ciddi zərbə vurur.

  Görəsən rəhbərlik bu cür hallardan xəbərdardırlarmı?
Xəbərdarlarsa, niyə indiyədək qarşısı alınmayır?
Yox əgər xəbərsizdirlərsə, bu qədər açıq iddialar necə nəzarətdən kənarda qala bilib?
 Bir tərəfdən şəffaflıqdan danışıb, digər tərəfdən köhnə “alverçi” imtahan ənənələrinə göz yummaq cəmiyyət üçün qəbulolunan deyil.(mediatv.az)
Redaksiya olaraq mövzunu diqqətdə saxlayırıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam