Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Dərsliklərin Dilini Görməyən Nazir –Həqiqət Hardadır?

Emin Əmrullayev bu günlərdə çıxışında bildirdi ki, “dərsliklərin dili şagirdlərin yaşına uyğun deyil.” Cənab nazir, bəs indiyə qədər hara baxırdınız? Birinci sinif şagirdi əlifbanı öyrənməyə başlayanda qarşısına elə mətnlər qoyulur ki, uşaq “A” hərfini tanımadan əlifbanın bütün hərflərini oxumağa məcbur qalır.
Yenixeber.org: Bu vəziyyət illərdir mövcuddur. İndi xəbəriniz olurmuş kimi danışmaqla məsuliyyətdən qaça bilərsinizmi?

                       Dərsliklərə Ayrılan Büdcə Hara Yox Olur?

Dərsliklərin hazırlanması üçün hər il milyonlarla vəsait ayrılır. O pullar kimlərin cibinə gedir? Kimlər “anket dolduran” tanış-bilişini yığıb dərslik yazdırır? Nəticə isə ortadadır: ibtidai sinifdən başlayaraq şagirdlərin öyrənmə həvəsini sındıran, pedaqoji prinsiplərə uyğun olmayan, nə elmi, nə də metodiki baxımdan savadlı dərsliklər. Əgər nəticə bu olacaqsa, o zaman büdcə niyə xərclənir?

             Oxu Yox, Anlama – Əslində Nə Baş Verir?

Əslində “oxu və anlama” problemi heç vaxt xalqımızın təhsilində olmayıb. Biz oxuduğumuzu başa düşən bir nəsil olmuşuq. Ancaq sizin sisteminiz oxunu da, anlamanı da pozdu. İndi şagirdlər sürətli oxumağa məcbur edilir, amma mədəniyyət formalaşdırılmır. Müəllimlər valideynlərə açıq deyirlər: “Uşağınız sürətli oxusun, qiymət alar, narahat olmayın.” Bu, təhsildirmi?

               Məsuliyyəti Başqasının Üstünə Atmaq – Zəiflikdir

Emin Əmrullayev hər fürsətdə keçmiş nazirləri, xüsusən də Misir Mərdanovu hədəfə alır. Amma unudur ki, Misir Mərdanovdan sonra da təhsil nazirləri olub. Niyə onlardan danışmır? Çünki ən rahat hədəf odur. Halbuki Mərdanov dövründə “oxu və anlama” sistemi sabit idi. İndi isə siz əvvəl resept yazırsınız, sonra xəstənin halını izləyib “niyə xəstələndi?” deyə təəccüblənirsiniz. Sizin təhsil sisteminizin mahiyyəti də elə budur.

                              Əsl Nazir Nə Etməlidir?

Nazirin vəzifəsi problemi görüb sadəcə şikayətlənmək deyil, problemi həll etməkdir. Əgər dərsliklərin dili uşaqlara uyğun deyilsə, dərhal mütəxəssisləri işə cəlb edin, pedaqoqların səsini eşidin, xarici modelləri təhlil edib tətbiq edin. Nazir kreslosu tənqid meydanı deyil, məsuliyyət kürsüsüdür.
Tehsilmedia.az qeyd edir ki, bu gün dərsliklərin bərbadlığı, oxu-anlama məsələsindəki qarışıqlıq və sürətli oxu kimi boş metodlar birbaşa Emin Əmrullayevin rəhbərlik etdiyi sistemin nəticəsidir. Məsuliyyəti keçmişin üstünə atmaqla təhsilimizi xilas etmək mümkün deyil. Təhsil real addım, real islahat və ən əsası vicdan tələb edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam