Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Məktəblidən təhsil nazirinə AÇIQ MƏKTUB - “Təhsil bu cür davam edərsə, biz yalnız dərslərdən deyil, gələcəkdən də uzaqlaşacağıq”

Məktəblidən təhsil nazirinə AÇIQ MƏKTUB -
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı orta məktəbin şagirdi İdris Əli Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə AÇIQ MƏKTUB ünvanlayıb.
Yenixeber.org: Həmin məktubu olduğu kimi dərc edirik:

“Hörmətli Nazir!

Mən 76 saylı orta məktəbin şagirdiyəm. Lakin minlərlə şagirdin qəlbində yığılan səsi bu məktub vasitəsilə Sizə çatdırmaq istəyirəm.

Artıq susmaq istəmirik. Biz dərsə qorxu ilə gedirik. Çünki hər gün bizə ağır ev tapşırıqları, BSQ, KSQ imtahanları, səbəbsiz «2» qiymətləri, gündəlikdəki təzyiqlər və daim artan stress yüklənir. Bu, təhsil deyil. Bu uşaqlığın və gələcəyin zəhərlənməsidir.

Ulu öndər Heydər Əliyev “Təhsil millətin gələcəyidir” demişdi. Əgər biz bu millətin gələcəyiyiksə, niyə bu qədər yük altında əzilirik?! Niyə bizi anlayan yoxdur?! Niyə bu qədər şagird gecələr ağlayaraq dərs edir, səhər isə yenə də “hazır deyilsən” cavabını alır?!

Cənab Nazir!

Biz başa düşürük ki, hər kəsin ixtisası və rolu vacibdir. Amma real olaraq bir çox mənasız fənnlər (musiqi, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə və sair) formal şəkildə keçirilir. Şagirdlər maraqlanmır, müəllimlər sadəcə dərsə girib-çıxır. Bu fənnləri tədris edən müəllimlərə aylarla maaş verilir, amma nə faydası, nə nəticəsi var?! Bu, həm büdcə israfı, həm də vaxt itkisidir.

Biz aşağıdakıları istəmirik:

- Məcburi və mənasız fənlər;

- Məcburi Çin dili;

- Elektron jurnalda, gündəlikdə ani və səbəbsiz qiymətlər;

- Sonsuz testlər, BSQ, KSQ və sınaqlar;

- Aşırı ev tapşırıqları və yükləmə.

Biz aşağıdakıları istəyirik:

- Seçim azadlığı;

- İnsana dəyər verən sistem;

- Ədalətli və anlayışlı müəllimlər:

- Stressiz, motivasiyalı təhsil.

Biz öyrənmək istəyirik, amma sevərək - məcburi qaydada yox!

Əgər təhsil bu cür davam edərsə, biz yalnız dərslərdən deyil, gələcəkdən də uzaqlaşacağıq. Zəhmət olmasa, bu sözləri bir uşaq məktubu kimi yox, gələcəyin bir fəryadı kimi qəbul edin. Təhsili dəyişdirmək - gələcəyi dəyişdirməkdir. Biz isə dəyişiklik istəyirik. Və bu səs artıq susmayacaq.(“Hürriyyət”)
Hörmətlə: İdris ƏLİ”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam