Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-FOTOFAKT

media-sevvv

Məlum olduğu kimi, Heydər Əliyev adına liseydə “Son zəng”ə  məzun buraxılmayıb.

media-111 

Yenixeber.org: Valideyn Əkbərova Aynurə Zaməddin qızı  bildirb ki,  Selcanın H.Əliyrv adına Liseydə bullinqə məruz qaldığını bildirib. A.Əkvərovanın dediyinə görə bu il liseydə məzun olan övladından “Son Zəng ” tədbiri üçün 300 AZN pul tələb olunub. Maddi durum imkan vermədiyi üçün valideyn 150 AZN yollayıb. Bununla razılaşmayan direktor verilən məbləği geri yollayıb. Selcan Müseyibova digər sinif yoldaşlarının gözü qarşısında alçaldılıb, ona tədbirə gəlməmək tapşırığı verilib. Nəticədə Selcan tədbirdə iştirak etməyib. Aynurə Əkbərova məsələ ilə bağlı şəxsi Facebook hesabında paylaşım edib:

media-007

“Bu gün “Son zəng”dir.Bir çox onbirincilər kimi qızım da bu sonuncu zəngin verdiyi duyğunu yaşayır.Amma doğma məktəbində, sinif yoldaşları arasında yox,evimizdə.Niyə? Çünki qızımı bu hissdən məhrum edən “qəhrəman”var. Bəli-bəli. Özü də özünü təhsil işçisi, təcrübəli pedaqoq kimi təqdim edən Heydər Əliyev adına liseyin direktorunun sayəsində…Səbəb çox sadədədir: onun qoyduğu qanunsuz qaydalara.alverə “hə” deməmək. Söz tapa, hisslərimi ifadə edə bilmirəm, əslində.Məni bu cür sarsıntıya məhkum edən direktorumuza söz söyləmək haqqını sizə buraxıram, dostlar….(p.s.son zəngdə iştirak etmədiyimiz üçün ancaq evdə fotossesiya etmək əlimizdən gəldi)Heydər Əliyev adına lisey, təşəkkürlər!”

Adlarının gizli saxlanmasını xahiş edən bir qrup valideyn saytımıza bildirdi ki, iki gündür məktəbə çağırılaraq pul yığmaq barədə şikayət etsəniz , övladlarınızın atestatı verilməyəcək, polisə veriləcəksiniz deyə bildirilib.

Problemlə bağlı  bir çox valideyn susmaq məcburiyyətində qalıb.

Sevinc Orucova ilə bağlı sosial şəbəkələrdə və mediada yetəri qədər şikayetlərə rast gəlmək olar. Amma ən “parlaq gündəm” isə karantin zamanı Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün aldığı töhmətlə giündəmi zəbt edən direktorun vəzifəsi indi daha çox təhlükə altındadir. Çunki xanım, valideynin geri tələb etdiyi 150 AZN məbləği kart vasitəsi ilə geri köcurmə edib. Bu da liseydə tədbirlər pul yığılmasına barış sübutdur.

Məsələ ilə bağlı Sevinc Orucovadan münasibət öyrənmək mümkün olmadı. Sevinc Orucovanında fikirlərini dərc etməyə hazırıq.(xalq.online)

” Son zəng” üçün yığılan pulla bağlı valideynlərin yazışmasını təqdim edirik:

media-722

media-702

media-722

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam