Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

170 nömrəli MƏKTƏBDƏ ARA QARIŞDI-KİM HAQLIDIR?

 
“Direktor Ülviyyə Aslanova sinfin bağlanmaması üçün valideynlərdən pul tələb edir. Etiraz edən valideynləri hədələyir”.


Yenixeber.org: Bu iddiaları Bakının Sabunçu rayonu, 170 saylı orta məktəbin 2 d sinfinin valideynləri səsləndiriblər.
Valideynlər bildiriblər ki, məktəb rəhbərliyi üzrlü səbəbdən kiçik summativ qiymətləndirmə (KSQ) yazmayan şagirdlərin yenidən KSQ yazması üçün də eyni addımı atmaqdan çəkinmir.
İddialara görə, direktorun sinif rəhbəri ilə münasibəti yaxşı olmadığı üçün 2 d sinfinin həm şagirdlərini, həm də valideynlərini cəzalandırır.
Valideynlər problemin həlli üçün müvafiq qurumlara müraciət də ediblər.
Məsələ ilə bağlı 170 nömrəli tam orta məktəbdən bildirilib ki, 2 d sinfində 3 şagird fevral ayından etibarən təhsildən yayınır. II yarımil ərzində şagirdlər dərsə gəlmədiyi üçün heç bir KSQ-də də iştirak etməyib və qiymətləndirilməyiblər.
Uşaqların davamiyyət problemlərinə görə dəfələrlə valideynlərinə xəbərdarlıq olunub. Uşaqların təhsildən yayındırılmasının qarşısının alınması üçün Sabunçu Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla iş komissiyasına və Sabunçu Rayon Polis İdarəsinə rəsmi məktub göndərilib.
Həmçinin məktəb rəhbərliyi və icra nümayəndəliyi tərəfindən məsələ ilə bağlı valideynlərlə evlərində də görüş zamanı müvafiq söhbət aparılıb. Digər iddialar əsassız və böhtan xarakterlidir.
Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılacaq. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.(Referans)
Ətraflı süjetdə:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam