“Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olanan Mənsimli Sənan Famil oğlu Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya fakültəsinin Rabitə qovşaqları və Kommutasiya sistemləri ixtisası üzrə məzunudur”.

Yenixeber.org: Bunu özünün “Facebook” səhifəsində Milli Məclisin sabiq deputatı Etibar Əliyev yazıb.

Keçmiş millət vəkili yazır ki, S. Mənsimli 2022-ci ildə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub:

“Valideyinə, müəllimlərə divan tutduğuna görə yerini dəyişiblər. Xocalı soyqırımı zamanı 27 gün ailəsi birlikdə erməni əsirliyində olmuş və əsirlikdə olan zaman azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşı güllələnərək şəhid olmuş Fatma Zamanovanın Sənanın dostu Emin Əmrullayevə ünvanladığı məktubdan: “Qalmışıq bu allahsızın əlində…”
Əziz bacım Fatma xanım: “Allahsız o deyil e, onu oraya soxuşdurandır!”