Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

GDU-da “dosent” qalmaqalı qızışır -“Səidə İsmayılzadənin plagiat elmi işi...“

IMG_5658-1024x585-1
     Gəncə Dövlət Universitetində Səidə İsmayılzadənin dosent keçirilməsi ətrafında aylardır ki, narazılıq səngimək bilmir...
Yenixeber.org: Gəncə Dövlət Universitetində “Ümumi tarix” kafedrasının baş müəllimi Saidə İsmayılzadənin dosent təyinatı ətrafında narazılıqlar davam edir. Qeyd edək ki, may ayında mətbuatda yayılan məlumatda bildirilirdi ki, universitetin rektoru Yusif Yusibovun və prorektor Şahin Xurşudovun hesablayıcı komissiya üzvlərinə birbaşa təzyiqləri və düzməcə sənədlərin Ali Attestasiya Komissiyasına göndərilməsi nəticəsində Səidə İsmayılzadə dosent ola bilib.
Opponentləri bildirirlər ki, dosent elmi adına layiq görülən Səidə İsmayılzadə elmi işini ayrı-ayrı adamlara yazdırıb və dissertasiyadakı planlama uyğunsuzluğu da bunu açıq şəkildə göstərir. Digər tərəfdən GDU müəllimləri iddia edirlər ki, “Qıpçaqlar Qafqazda” adlı elmi işin böyük hissəsi plagiatdır.
GDU-dan aldığımız son məlumatlara görə, rektor Yusif Yusibovun və prorektor Şahin Xurşudovun verdikləri dəstək sayəsində Səidə İsmayılzadənin qanunsuz dosent elmi dərəcəsi alması ilə bağlı universitetdə hələ də mübahisə mövzusudur. Bununla bağlı Ali Attestasiya Komissiyasına və Elm və Təhsil Nazirliyinə şikayətlərin ünvanlandığı bildirilir.
Xatırladaq ki, belə qalmaqallar Gəncə Dövlət Universitetində tez-tez yaşanır.
Qeyd edək ki, bütün bu iddialarla bağlı GDU-rəhbərliyi ilə, xüsusən də prorektor Şahin Xudiyevlə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu.(azfakt.com)
Məsələ ilə bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinin və Səidə İsmayılzadınin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam