Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Nooga Development AZ” MMC -nin saytı yoxdur -Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərir

bitmap-img6

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Nooga Development AZ” MMC (VÖEN – 2007863691) olub.
Yenixeber.org: Dövlət Vergi Xidməti müxtəlif iformasiya texnologiyaları (İT) sistemlərinin idarə olunması xidmətləri üçün “Nooga Development AZ” MMC -yə 5 milyon 789 min 288 manat 93 qəpik ödəyəcək.
Vergi Xidmətindən bildirilib ki, həyata keçiriləcək xidmətlərə “Common Reporting Standarts” (CRS) platforması üzrə proqram təminatına, “DeepSage” proqram təminatına, “TAXESBI (“DeepSage” reporting system)” hesabatlılıq sisteminə, “POS Transaction” platforması üzrə proqram təminatına və Risklərin təhlili üzrə sistemə texniki dəstəyin və təkmilləşdirilmə xidmətlərinin göstərilməsi, Dövlət Vergi Xidmətinin avtomatlaşdırılmış zəng sisteminin (moo.taxes.gov.az) optimallaşıdırlması kimi işlər daxildir.
Təxminən 3 ay əvvəl Dövlət Vergi Xidmətinin keçirdiyi daha bir tender müsabiqəsinin qalibi  “Nooga Development AZ” MMC olub. Bu şirkət “Avtomatlaşdırılmış informasiya sistemi Proqram kassa sistemi” proqram təminatına texniki dəstəyin göstərilməsi və proqram təminatının təkmilləşdirilməsi üçün Vergi Xidmətindən 1 milyon 938 min 244 manat 70 qəpik alıb.
Qeyd edək ki, “Nooga Development AZ” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 3 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Əliyev Ruslan Vahab oğludur. Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev otaq 26 ünvanında yerləşir.
Onu da bildirək ki, Vergi Xidmətinə milyonlarla manat dəyərində xidmətlər göstərən “Nooga Development AZ” MMC-nin nəinki veb-saytı, heç sosial şəbəkə hesabı belə yoxdur.
“Nooga Development Az” MMC Azərbaycan şirkəti kimi dövlət qeydiyyatına alınsa da, eyni adlı şirkət Belarusda fəaliyyət göstərir. Eyni zamanda Gürcüstanda da “Nooga Development GE” adlı şirkət fəaliyyət göstərir. Gürcüstanda qeydiyyatdan keçən bu şirkətin təsisçilərindən biri Belarus vətəndaşı Sergey Xilkeviç (49% pay), digəri isə Belarusda qeydiyyatdan keçən “Nooga Development” şirkətidir (51% pay). 2022-ci ildə Vergi Xidməti heç bir tender müsabiqəsi keçirmədən “Nooga Development GE” (441487909) ilə 2 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Məlumat üçün onu da bildirək ki, Azərbaycandakı “Nooga Development Az” MMC kimi Gürcüstanda qeydiyyatdan keçən “Nooga Development GE” barəsində də açıq mənbələrdə geniş məlumat mövcud deyil. Bu şirkətlərin bağlı olduğu Belarusdakı “Nooga Development” şirkətinin veb-saytı olsa da, şirkət haqqında ətraflı məlumat mövcud deyil.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam