Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Kamal Abdullaya hələ ki toxunan yoxdur... -İSTƏDİYİNİ EDİR...

"Azərbaycan Dillər Universitetində rüşvətlə işə yeni götürülmüş müəllimlərə görə aşağı həcmli ştata keçirilmiş müəllimlərin öz ixtisasından asılı olmayaraq hansısa kafedraya yerləşdirilməsi işi hələ davam edir. Rektorun bacısı oğlu Azad Məmmədovun rəhbərlik etdiyi Ümumi dilçilik kafedrası bu işdə tranzit rolunu oynayır".
Yenixeber.org: Bu açıqlama ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Ümumi dilçilikdən, dil nəzəriyyəsindən xəbəri olmayan bir neçə müəllim bu il tələbələri öz “bilik”ləri ilə çox təəccübləndirəcəklər. Bir neçə başqa kafedrada da vəziyyət təxminən belədir. Başqa sözlə, Azərbaycan Dillər Universiteti tələbələrə təhsil verməyə yox, diplom alverçisi rektor Kamal Abdullayevin cibini doldurmağa xidmət edir. Universitetdəki vəziyyətlə bağlı olaraq öz səhifəmdə rus aktyoru Arkadi Raykinin əvvəllər də yayımladığım bir miniatürünü bu gün bir daha təkrar edirəm. Rus dilini bilməyənlər üçün onun tərcüməsini də təqdim edirəm (videosüjet və onun tərcüməsi əlavə olunur).
Universitetin rektoru Kamal Abdullayevin bu təhsil müəssisəsini rüşvət yuvasına çevirməsi, saxta diplomlar satması barədə hüquq-mühafizə orqanlarına mən dəfələrlə ərizə və məktublarla müraciət etmişəm. Lakin heç bir tədbir görülməmişdir. Halbuki müxtəlif təşkilatlarda 50-100 manat rüşvət alanlar “külli miqdarda rüşvət alma” maddəsilə dərhal həbs edilir. Bir neçə nəslin təhsilini şəxsi mənfəətinə görə məhv edən Kamal Abdullayevə isə hələ toxunan yoxdur.
Keçən il Kamal Abdullayevin hiylə ilə mənim yanıma barışıq üçün göndərdiyi, sonra mənim haqqımda çirkin yazılar yazdırdığı və indi mənim artıq məhkəməyə verdiyim jurnalist məni inandırmağa çalışırdı ki, Kamal Abdullayevdən yazmağın mənası yoxdur, Prezident özü tez-tez ona zəng vurur, ondan hal-əhval tutur. Bu mifi Kamal Abdullayev hüquq-mühafizə orqanlarına qədər yaya bilmişdir. Əvvəllər onun Prezidentin müşaviri işləməsi də bu məsələdə, yəqin ki, müəyyən rol oynamışdır. Kamal Abdullayevin saxta diplom satmasına dair faktların, yəni cinayət şübhəsi olan əməllərinin göstərildiyi həmin ərizə və məktubları bu orqanlar araşdırmaq üçün Təhsil Nazirliyinə göndərir, Nazirlik isə heç bir araşdırma aparmadan onlara faktların təsdiqini tapmadığını bildirirlər. Əslində onların hamısı faktların doğru olduğunu bilir və buna göz yumurlar. Səbəb çox sadədir: onlar mifoloq (oxu: mıxolinqvist) Kamal Abdullayevi yaydığı o mifə görə məsuliyyətə cəlb etməkdən çəkinir, Prezidentin rəyini bilmədən hansısa addım ataraq “onun qəzəbinə tuş gəlmək”dən ehtiyat edirlər. Lakin həqiqət gec-tez mütləq üzə çıxacaq..."(Dia-az.İnfo)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam