Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

Sertifikasiyadan kəsilən müəllimlərə son şans -Sabah imtahandır

 

İyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlər təkrar sertifikatlaşdırmaya cəlb olunacaqlar.

Yenixeber.org: Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

Bildirilib ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər. 2023-cü ildə təşkil edilmiş sertifikatlaşdırma prosesində uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5 min 495 nəfər ibtidai sinif müəllimi bu il təlimlərə cəlb olunub.

İyunun 21-22-də və 24-də isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu il ilk dəfə Naxçıvanda baş tutacaq sertifikatlaşdırmada 367 müəllim iştirak edəcək. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 min 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Qeyd edək ki, sertifikatlaşdırmadan keçən müəllim növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil ediləcək. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (3 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçən müəllimlər sertifikatlaşdırılma prosesindən azaddırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam