Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi -İLGİNC

Ötən ilin dekabr ayında Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin hazırda həbsdə olan keçmiş müdiri Rüfət Haciyevə 30 min manat rüşvət verməkdə adı hallanan Sevil Allahverdiyeva Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

Yenixeber.org: Məlumata görə, əvvəllər, indi direktor təyin edildiyi Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi olan Sevil Allahverdiyevanın Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda həbsdə olan Rüfət Haciyevə bu təyinat üçün 30 min manat vəsait verdiyi iddia edilirdi.Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də o zaman onun sözügedən məktəbə direktor təyin edilməsi baş tutmamışdı.

Məktəbin pedaqoji kollektivi Sevil Allahverdiyevanın təhsil ocağına rəhbər təyin edilməsinə etiraz edərək bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirmiş, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırmışdılar. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda söz vermişdilər.
Ötən ay bu qalmaqallarda adı hallanan Sevil Allahverdiyeva müvafiq əmrlə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

Məlumata görə, onun bu təyinatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər şəxslərindən birinin sayəsində baş tutub.(7times.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam