Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Süni şagird sıxlığının qarşısını almaq üçün birinci sinfə qeydiyyatda dəyişiklik edilib

 

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.

Qeyd edək ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 ay ərzində (15 yanvar-15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya 

[email protected] elektron poçtuna yazmaq tövsiyə olunur.

Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi 

www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam