Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir -Nazir Emin Əmrullayevin diqqətinə...

270 Saylı Tam Orta Məktəb - Məktəbimiz haqqında qısa məlumat. Bakı şəhəri Suraxanı  rayonu 270 № li tam orta məktəb 1984-cü ildən fəaliyyətə başlamışdır. Məktəb  şəhid Elçin Qaranzadənin adını daşıyır. Məktəb iki
Yenixeber.org: Bu günlərdə Bakının Suraxanı rayonunda yerləşən 270 nömrəli tam orta məktəbin direktor əvəzi Kəmalə İbrahimovanın sosial şəbəkələrdə təhsil ocağını az qala musiqi məktəbi kimi təqdim etməyə çalışması barədə replika vermişdik...
Direktor əvəzinin öz profilindən birbaşa yayıma çıxaraq iki-üç nəfər şagirdin Zəfər günü tədbiri üçün məşqini efirə verməsinin yolverilməz olduğunu qeyd etmişdik. Sonda isə qarşı tərəfin mövqeyini verməyə hazır olduğumuzu qeyd etmişdik.
270 nömrəli məktəbin direktor əvəzinin təlim-tərbiyə verməli olan təhsil ocağını musiqi məktəbi ilə səhv salması barədə replikamız böyük ajiotaj yaradıb.

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir

Belə ki, sosial şəbəkələrdə fəal olan direktor əvəzi həmin birbaşa görüntüləri silib. Ardınca isə məktəbin 7-8 müəllimini bizim sosial şəbəkədəki səhifəmizdə yer alan paylaşıma gecə-gündüz şərh yazmağa məcbur edir. Plan qoyub ki, bir neçə saatdan bir 1 nəfər müəllim bizi təhqir etməli, əvəzində onu tərifləyən rəy yazmalıdır. Niyə? Bizim nə günahımız var ki,
Direktor əvəzi işini, gücünü atıb “İstedad sorağında” rubrikası açıb, amma dərsini yaxşı oxuyan istedadlı şagird deyil, meyxana, mahnı oxuyan müğənni axtarır?
Bunu irad tutanda isə direktor əvəzinin xüsusi tapşırığını canla-başla yerinə yetirən məktəbin müəllimləri isə özlərinə sosial şəbəkələrdə hesab açaraq ağına-bozuna baxmadan bizə qarşı hədyanlar, təhqirlər yağdırmaqla məşğul olurlar.
Ona görə ağına -bozuna baxmadan deyirik ki, rəy yazanların əksəriyyəti ya tutuquşu kimi eyni fikirləri təkrar edib, K. İbrahimovanı tərifləyirlər, ya da Nizami müəllim kimi məktəbin tarixinə ekskurs edib, uzun illər qazanılan bütün uğurlarını onun uzaq tarixi ilə əlaqəsi olmayan direktor vəzifəsini müvəqqəti icra edən K. İbrahimovanın adına yazmağa cəhd edirlər.

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir

Bizi məlumatsız olaraq yazı yazmaqda qınayan müəllimlər və valideynlərin tövsiyəsini nəzərə alaraq, qısa araşdırma aparmalı olduq. Nəticədə yazıda əks olunan faktlar öz yerində, direktor əvəzini kor-koranə müdafiəyə qalxanların yalan danışması da ortaya çıxdı…
Buna görə də K. İbrahimovanın səfərbər etdiyi müəllimlərin və valideynlərin diqqətinə çatdırmaq istəyirik ki, 270 nömrəli tam orta məktəbin direktoru cəmi 3 ildir rəhmətə gedib, indiki direktor əvəzinin rəhbərliyinin 1 ili isə pandemiya dövrünə düşüb. Onda bu suala cavab verin: cəmi
2 ildə K. İbrahimovanın hansı əvəzolunmaz fəaliyyəti məktəbin uğur qazanmasında rol oynaya bilərdi?
Məktəbin məzunlarının son iki ildə ali məktəbə daxil olmalarına gəlincə, bütün ölkə mediasında deputatlar, ictimai-siyasi xadimlər, QHT rəhbərləri, təhsil ekspertləri bar-bar bağırırlar ki, son illərdə xüsusilə Bakı şəhərində repetitorluq geniş vüsət alıb, yuxarı sinif şagirdlərinə məktəbdə dərs keçilmir, onlar dərsdən yayınır, ali məktəbə qəbul olunanların əksəriyyəti hazırlığa gedənlərdir, uşaqları məktəbə qaytarmaq lazımdır
Bu faktlar, o cümlədən 270 nömrəli məktəbin nəinki yuxarı sinif (9-11), hətta ibtidai sinif uşaqlarının əksəriyyətinin az qala hər gün “o qapı mənim, bu qapı sənin” qəsəbə içində hazırlığa getməsi faktı ortada ola-ola ali məktəbə qəbul olanların uğurunu K.İbrahimovanın adına yazmaq ən böyük qəbahətdir.

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir

Bununla belə, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nizamı Hüseynovun bizim replikadan iki dəfə böyük həcmli şərhində özünü tərifə qapdırıb indiyə qədər gəlib-gedən məktəb direktorlarının hamısını “aydan arı, sudan duru” təqdim etməsinə cavab olaraq bildiririk ki, 270 nömrəli tam orta məktəbin sayca ikinci, əvvəlcə müsavatçı, sonra YAP-çı olan direktoru Talıb Rəhimov 2013-cü ilin mayında valideynlərin gözü önündə baş verən xüsusi “əməliyyat”dan sonra işdən uzaqlaşdırılıb. (bura bax yazı üçün) Uşaqların məktəbə qəbul olunması prosedurunu pozduğuna görə işdən qovulan direktoru belə tərifləyən pedaqoqun səmimiyyətinə inanmaq nə dərəcədə doğrudur? Əksinə çox çətindir (https://www.live.az/index.php?newsid=621).
Ona görə də Kəmalə İbrahimovanın müdafiəsi üçün səfərbər olan pedaqoji heyət üzvlərinin və onların qohumlarının məsələnin istiqamətini sapdırmaq, bizim replikanı az qala məktəbin bütün uğurlarına kölgə salmaq cəhdi yanlışdır. Çünki biz

             270 nömrəli məktəbi hədəfə almamışıq!

Replikada qeyd etdiyimiz kimi, Suraxanı rayonunun ən nümunəvi məktəblərindən birinin pis vəziyyətə düşməsinin qarşısını almaq üçün Elm və Təhsil Nazirliyi və məktəbin birbaşa tabe olduğu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzərinə bir daha çatdırırıq ki, 270 nömrəli məktəbə yeni direktor təyin olunması valideynlərin ən böyük arzusudur.
Digər qəbahətli bir məsələ bizi cızma-qara ilə məşğul olmaqda günahlandıran Kəmalə İbrahimovanın saytların birində savadsız yazı ilə özünü təriflətdirməsidir. (bura bax yazı üçün...) Xeyli xub. Ancaq müəllimlərin öz şərhlərində nəyə qadir olduqlarını ortaya qoyduqları kimi, bu yazıda da “qaş düzəltdikləri yerdə vurub gözü də töküblər”. Belə ki, yazının əvvəlində K.İbrahimovanın “qısa müddət əvvəl” direktor əvəzi kimi fəaliyyət göstərdiyi etiraf edilsə də, məntiqsizcə 9 ildir məktəbə ayaq döyən uşaqların uğuru onun adına yazılır, yazının sonunda isə
Kəmalə İbrahimovanın qüsura yol verdiyi təsdiq edilir
və bizə onu çox böyütməmək tövsiyə olunur.
Ən nəhayət, keçək ən böyük qüsura. Pedaqoji heyət üzvlərini və valideynləri səfərbər edib bizi təhqir etməklə paralel olaraq, təhsil ocağının rəhbərinə yaraşmayan şəkildə Kəmalə İbrahimovanın hədə-qorxuya keçməsini bir daha Elm və təhsil nazirinin diqqətinə çatdırırıq. Cənab Emin Əmrullayevə müraciətlə bir daha qeyd edirik ki, məktəbdə baş verən çatışmazlıqlarla bağlı bir replikaya görə bu qədər böyük qüsura yol verən, “qardaşı” vasitəsilə redaktoru hədələyən vəzifəli şəxsin uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisəyə rəhbərlik etməsi yolverilməzdir.
Çünki tənqid eşidən kimi ilk fürsətdə pedaqoji işçiləri səfərbər edib, jurnalisti söydürən, özünü təriflətdirən, müəllimləri trolluğa sövq edən, “qoçuluq metodu” ilə tədbir görmək istəyən birinin məktəbdə nəinki direktor, direktor əvəzi kimi belə fəaliyyət göstərməsi öncə hörmətli nazirimizə, sonra həmin məktəbin kollektivinə və şagirdlərinə hörmətsizlikdir.(Aztoday.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam