Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mikayıl Cabbarovun oxuduğu liseyin direktoru Emin Əmirullayevə şok faktlar açıqladı:BŞTİ-dəki bu şəbəkə...

Mikayıl Cabbarovun oxuduğu liseyin direktoru Emin Əmirullayevə şok faktlar açıqladı: BŞTİ-dəki bu şəbəkə...

Hadisələr vaqeə olur Bakı şəhər Təhsil İdarəsində. Bakı şəhər Təhsil Bazarı da demək olar. Rəhmətlik sənətkar Teymur əmi demişkən, qəti qorxusu yoxdur.

Yenixeber.org: İl 2018. Təbəri sağ olsaydı, bu qara və rüsvayçı tarixi qara hərflərlə Azərbaycan təhsil tarixi adına həkk edərdi. Həqiqətən də təhsilin üzqarası deyiləcək bir epizoddur. Bir qədər sonra sizə təqdim edəcəyimiz bir fraqment kifayət edəcək ki, Bakı şəhər Təhsil İdarəsində hansı utanverici və çirkin oyunlar getdiyi aydın olsun. Beləliklə, teatr səhnəsinin pərdələri açılır və səhnəyə baş rolların ifaçıları çıxır: tanış olun - Bakı şəhər Təhsil tragikomediya teatrında əsas oyunçuları - Rəşad Tağıyev, Səbinə Səfərova, Bakir Məmmədov, Sərxan Rzayev, epizodik rolda Samir və digərləri...
Deyə bilərsiniz ki, bütün bu təqdimat nəyin ifadəsidir. O zaman sualınıza Rubrika.Az-ın redaksiyasına müraciət ünvanlamış əməkdar müəllim Bəkir Mustafayev detallı şəkildə aydınlıq gətirəcək. Əməkdar müəllim elm və təhsil naziri Emin Əmrullayevə başına gələnləri açıqlayıb və saytımız vasitəsi ilə ondan kömək istəyib. B.Mustafayev geniş müraciətinə direktor olduğu vaxtdan başlayıb. Və ilk növbədə xüsusi ilə qeyd edib ki, 20 il direktoru olduğu liseyin şagirdləri arasında bu gün yüksək vəzifələr tutanlar var. B.Mustafayev bildirib ki, 35 il pedaqoji stajı olan, H.Mahmudbəyov adına 2 N-li texniki-humanitar liseydə müəllim və həmin liseyin 20 il direktoru vəzifəsində çalışmış bir əməkdar müəllimdir. Onun sözlərinə görə, bu liseydə vaxtilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və onun yaxın qohumu ,İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov təhsil alıblar. Bunu fəxrlə deyən Mustafayev təhsil nazirindən, eləcə də iqtisadiyyat naziri M.Cabbarovdan və İTV rəhbəri B.Qasımovdan indi açıqlayacağı faktlara diqqət və həssaslıq göstərmələrini xahiş edir.
O inanır ki, həm nazirlər, həm İTV rəhbəri bu müraciətə laqeyd qalmayacaqlar, problemi dərindən öyrənəcəklər. Çünki həm onların oxuduğu liseydən, həm bir direktora və onların müəlliminə edilmiş haqsızlıqdan, həm də ölkə təhsilində hansı iyrəncliklərin olmasından söhbət gedir. M.Cabbarov da bir müddət təhsil naziri olub və bu gün E.Əmirullayev qədər onu da təhsilin vəziyyəti, eləcə də onun oxuduğu liseyin direktoruna , müəlliminə hansı ədalətsizlik edildiyi maraqlandırmalıdır.
B.Mustafayev qeyd edib ki, 20 illik direktorluğu dövründə lisey BŞTİ-nin tabeliyində olan 330-dan çox orta ümumtəhsil məktəb və liseylər arasında həmişə nəticə qazanmış təhsil müəssisəsi sırasında olub. 2000 -2020-ci illərdə liseyin fənn olimpiadalarında, qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunların sayında, lisey məzunlarının qəbulda orta bal göstəricisinin yuxarı olmasını izləmək mümkündür. Mustafayev qeyd edir ki, dəfələrlə nazirlik və Təhsil İdarəsi tərəfindən təltif edilib.
2018-ci il 12 sentyabrında isə əsaslı təmirdən sonra Prezident İlham Əliyev liseyin qonağı olub və direktor vəzifəsində olan B.Mustafayev 22 dəqiqə liseyin qazandığı uğurlardan söz açıb. Prezident bu nəticələrlə tanış olduqda liseyin zəfərlərini təqdir edib.
B.Mustafayev nazirə müraciətində qeyd edib ki, BŞTİ-də korrupsiya və qanunsuz hallarla qarşılaşıb: "Söhbət 2019/2020 tədris ilinin əvvəlindən gedir. Belə ki, müddətli əmək müqaviləsi ilə çalışan direktor müavinlərindən müqavilənin 1 il artırılması üçün rüşvət tələb olunur. Bundan başqa, 65 yaş həddini keçmiş müəllimlərdən müqaviləni 1 il artırılması üçün də rüşvət istənilir. Məktəb direktorları dəvət edilərək aylıq pul tələb olunur. Qarşılaşdığım bu riyakarlıq faktlarına etirazıma görə Bakı şəhər Təhsil İdarəsi mənə qarşı “torbatikmə” əməliyyatı həyata keçirdi".
Nazirə müraciətdə vurğulanıb ki, BŞTİ-nin İnsan Resusları sektorunun əməkdaşı Səbinə Səfərova məktəb direktorlarını idarəyə çağıraraq, onlardan hər ay 500 manat vermələrini qanunsuz və əsassız şəkildə tələb edir. Səbinə Səfərova idarə rəhbəri Rəşad Tağıyevin xalası qızıdır. Yəni işi onun əli ilə gördüyünü söyləmək olar. Mən əvvəlcə inanmadım ki, təhsildə bu cür rəzalət baş verə bilər. Amma növbə mənə də çatdı və liseyin direktoru olaraq idarəyə dəvət edildim. Pul istənilməsi faktının doğruluğunu təsdiqi etmək üçün əvvəlcədən maaşımdan 500 manat ayırıb konvertdə saxlamışdım. Səbinə Səfərova mənimlə söhbətində yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini və heç kimdən qorxmadığın, hər ay 500 manat verməyimi tələb etdi. Beləcə dediyin kimi, əvvəlcədən saxladığım 500 manatı Səbinə Səfərovaya verdim. Növbəti ay mənə dedi ki, məktəb direktorları pulu vaxtında gətirir, sən gecikdirirsən. Rüşvət istənilməsi azmış kimi yubatmağımı da irad bildirdi". Bunun ardınca Bəkir Mustafayev BŞTİ-yə gedib və Səbinə Səfərovaya deyib ki, xalası oğlu Rəşad Tağıyevə onun sözünü çatdırsın: "Mən kimdənsə pul almıram, kiməsə pul da vermirəm. BŞTİ-nin istənilən əməkdaşı Səbinə Səfərovanı “qara kassa” və ya məktəb direktorlarından aylıq pul tələb edən biri kimi tanıyır. İndi sual edirəm : BŞTİ-nin müdiri bu rüsvayçılığı bilirdisə, niyə qarşısını almırdı? Məlumatlı idisə, necə BŞTİ-nin müdiri işləyirdi?
Orada Daxili nəzarət sektoru - Sərxan Rzayev ən azından kar və kor olmalıdılar ki, bu
rüsvayçılıqdan xəbərdar tutmasınlar". Ən maraqlısı budur ki B. Mustafayev ,, yağmalama" prosesində rəhbərliyə qarşı tək mübarizə aparıb. Belə çıxır ki bu proses BŞTİ nin rəhbərl ilə yanaşı bir çox ,, təlabatı" yerinə yetirən direktorlara da sərf edib.
O cümlədən sabiq direktor Rəşad Tağıyevin sinif yoldaşı Elməddin Qazıyevin qanunsuz olaraq BŞTİ də baş məsləhətçi vəzifəsinə təyin etməsinə baxmayaraq ştat cədvəlində adının olmamasını iddia edir.
Əməkdar müəllim nazir E.Əmirullayevə müraciətində digər faktları açıqlayıb: "2020/2021 tədris ilinin əvvəlində BŞTİ-yə iki məktubla direktor müavini N.Şıxəliyevanın və 65 yaş həddini keçmiş əməkdar müəllim S.Bədəlovanın müddətli əmək müqaviləsinin bir il artırılması barədə müraciət etmişdim. Məktubun dərs ilinin başlanmasına az vaxt qaldığına görə gecikməsinin səbəbini Səbinə Səfərovadan soruşdum. Hər birindən 1000 manat tələb etdi. Şıxəliyeva razılaşdığı üçün müqavilə bir il artırıldı. Əməkdar müəllim Bədəlova isə təhsildən uzaqlaşdırıldı.
Cənab nazir!
35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım bir rəzalətin şahidi oldum. Əməkdar müəllimindən əmək müqaviləsinin bir il artırılması üçün 1000 manat tələbi xalqa, təhsilə və gələcəyimizə xəyanətdir.
Bu rəzalətə etirazımın BŞTİ-dən adekvat cavabı gecikmədi.
Rəşad Tağıyev tərəfindən Daxili nəzarət sektoruna tapşırıq verildi – Bəkir Mustafayev təhsildən uzaqlaşdırılmalıdır!
Daxili nəzarət sektorunun müdiri Sərxan Rzayev bu “işi” öz işçisi Bakir Məmmədov adlı şəxsə tapşırdı. Bakir Məmmədov da 70 saylı məktəb-liseyin diektorundan bir nəfər yaxşı oxuyan VI sinif şagirdinin “şəxsi iş” sənədini BŞTİ-yə gətirməyi xahiş edir. Halbuki çagirdin “şəxsi iş” sənədini ancaq onun valideynləri götürə bilər. Bakir Məmmədov isə əlaltısı Samir adlı birindən konvertdə 800 manat və həmin “şəxsi işi” verərək həmin şagirdin “dayı”sı obrazında özünü təqdim edib, pul qarşılığında müsabiqəsiz həmin şagirdi liseyə qəbul etdirməyi tapşırır. Həmin “dayı” isə liseyə gələrək direktor müavini Şıxəliyevanın liseyin direktoru olduğunu zənn edərək B.Məmmədovun “torbatikmə” əməliyyatını bitirir. N.Şıxəliyeva 10 gün əvvəl S.Səfərovaya 1000 manat vermişdi. B. Məmmədov Samirə “torbatikmə əməliyyatı"nın ünvanına səhv çatdığını bildirib. Samir bir neçə gündən sonra liseyə yenidən gələrək "ailələrində rəhmətə gedən olduğu üçün həmin şagirdin liseyə gəlib getməsi çətinləşib” – bildirərək 800 manatı və “Şəxsi iş” sənədinin geri qaytarılmasını tələb edir. Günün sonunda bu ssenarinin mənim üçün hazırlandığını bildim. Həmin şagirdin “Şagird məzun” sistemindən şəxsi məlumatlarını əldə edərək doğma dayısı ilə görüşdüm, ailədə rəhmətə gedən olmadığını və həmin şagirdin liseydə təhsil alması barədə planlarının olmadığını öyrəndim. Daxili nəzarət sektorun əməkdaşı Nazim Bağırova da bu məlumatı bildirdim. Mən, direktor müavinləri və lobarant ifadələr versək də, məharətlə ört-basdır edildi. Bildirirəm ki, daxili nəzarət sektorun əməkdaşı Nazim Bağırovun həmkarı Bakir Məmmədovu araşdıraraq “Əvvəl polis orqanından qovulmuş, pedaqoji fəaliyyətdən xəbərsiz, maşın bazarı alverçisi olan” bu dələduzun BŞTİ-də necə işlə təmin olunması sual doğurur. Bakir Məmmədovun “Torba tikmə” əməliyyatının baş tutmadığından bu işin davamı Nazim Bağırova tapşırılır. Yəni 35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım növbəti rüsvayçılıq..."
Əməkdar müəllim Bəkir Mustafayev müraciətində hadisələri nəql edərək bildirib ki, sentyabrın 25- də liseyə komissiya göndərir, məqsəd isə məlumdur: "Artıq bunların riyakarlıq əməllərinin səbəbini Bakı şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevdən öyrənmək üçün məni qəbul etməsini bildirsəm də, üç dəfə müraciətimi pandemiya bəhanəsi ilə geri çevirdi. Aylıq 500 manat verə bilmədiyim üçün məni lisey direktoru vəzifəsindən azad edin” ərizəsi yazaraq katibədən ona çatdırmağı xahiş etdim. Ərizəmin cavabı olaraq növbəti riyakarlığın şahidi oldum.
Daxili nəzarət sektorundan Nazim Bağırov tərəfindən liseydə aparılmış məqsədli yoxlamanın qərəzli hazırlandığını bildirərək rədd etdim. BŞTİ-də bu rüsvayçı əməlləri təşkil edən, rüşvət və korrupsiya faktlarını bilərəkdən gizlədən sektor müdiri Sərxan Rzayev isə “səmərəli fəaliyyətinə ” görə Təhsil Nazirliyinin “Fəxri Fərman”nı ilə təltif olunub. BŞTİ -nin Daxili nəzarət sektoru da aylıq verməyən məktəb direktorlarına "nəzarət" funksiyasını yerinə yetirir.
Cənab Nazir! Sizə dəfələrlə məni qəbul etməyinizi xahiş etmişəm. Hər dəfə qeyri-adekvat cavablar alıram. Sonuncu “Asan” radioda çıxışınızda telefon əlaqəsi yaradaraq məni qəbul etməyinizi xahiş etdim. Qəbul edəcəyinizi bildirsəniz də, bir məlumat almadım. Ümid edirəm ki, bu məktubda az da olsa ömrümün böyük qismini sərf etdiyim bu peşə üçün nə qədər zəhmət çəkdiyimi və nələrlə üzləşdiyimi izah edə bildim. Sonda Sizinlə görüşə şərait yaradılacağına ümid edirəm". O, müraciətinin sonunda bir daha E.Əmirullayev, M.Cabbarov və B.Qasımovdan reaksiya verəcəyini böyük intizarla gözlədiyini və əməkdar müəllimə diqqət ayrılacağına inandığını söyləyib.(Rublika.az)

Aqşin
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam